Ünvanlı Sosial Yardım yoxsa Asılılıq?



Ünvanlı Sosial Yardım(ÜSY)- Aztəminatlı ailələr üçün dövlət tərəfindən verilən yardım növüdür. Aztəminatlı ailələrin ünvanlı dövlət sosial yardımı ilə təmin olunması 2006-cı il yanvarın 1-dən qüvvəyə minmiş və iyulun 1-dən fəaliyyətə başlamış “Ünvanlı dövlət sosial yardımı haqqında” Azərbaycan Respublikası Qanununa əsasən həyata keçirilir. ÜSY haqqında o qədər geniş yazmaq olar ki, ancaq mən mərhələlərə bölüb, vaxtaşırı mövcud problemlərdən yazacağam.
Ancaq görəsən ailələr həqiqətən bu xidmətlər ilə təmin olunurlarmı və nə kimi nəticələri var? Rayonlarda vəziyyət həqiqətən o qədər də ürək açan deyil. Əhalinin “gözünü tikdiyi” xidmətlərdən ən vacibi sosial yardımdır. Sosial yardım nə qədər yaxşı sistem kimi görünsə də mənim fikrimcə heç də uğurlu model deyil. Çünki insanlarda ələ baxımlılıq yaradır. Ehtiyacı olan ailələrə iş təklif etdikdə onlar imtina edirlər. Ona görə ki, 300 AZN işdə işləməkdənsə, oturduğumuz yerdə 200-250 AZN sosial yardımı alaram deyə düşünürlər. Razıyam qaydalardan biri, ÜSY məhz işləyən vətəndaşlara verilməsidir. Ancaq bu məsələnində asan yolu tapılıb. Rayonlarda mən dəhşətə gəldim, mənim gördüyüm mənzərəni sizdə görsəniz inanın sizdə həmin hisləri keçirərdiniz. Mən nümünələri daha çox fəaliyyət göstərdiyimiz rayonlardan verəcəyəm. Biləsuvar və Cəlilabadda vergilər idarəsinin qabağında millət yığışıb VÖEN açdırmaq istəyir. Sevindirici haldır deyə düşünürdüm çünki əgər VÖEN varsa deməli insanlar fiziki şəxs kimi fəaliyyət göstərmək istəyir və dövlətinə vergi ödəcəyək. Ancaq araşdırmalarımızdan sonra məlum oldu ki, ÜSY almaq üçün insanlar VÖEN açdırır və oraya müəyyən məbləğ köçürülür beləcə sənədlərdən biri hazır olur.
Gəlin biraz dərindən analiz edək. ÜSY məbləği ailənin orta aylıq gəliri ilə hər bir ailə üzvünün ehtiyac meyyarının məcmusu arasında olan fərq məbləğinə görə hesablanır. Hal-hazırda Ehtiyyac meyyarı 105 AZN və hər ailəyə orta hesabla 150-200 AZN azn yardım verilir. Belə olduğu təqdirdə insanlar hər hansı işlə məşğul olmaq istəmirlər. İnanılmaz dərəcə də asılılıq və tənbəlləşmə yaranır. Bizə müraciət edən ailələrdən çoxusuna Bütün ehtiyacı olanlar bu xidmət növündən yararlanırmı? Bax bu ayrı bloq mövzusudur.
Yuxarıda da qeyd elədiyim kimi sosial yardımla bağlı toxunulmalı məsələlər çoxdur və mən vaxtaşırı sizə yazacağam bu problemlərdən.
Sual ola bilər ki, bəs ÜSY olmasın nə olsun ? İnanın onun əvəzinə uşaq pulu olarsa daha yaxşı olar. Ən azı uşağın müəyyən ehtiyaclarını ödənər. Bundan başqa ailələrə davamlı dəstək üçün birdəfəlik yardımlar və yaxud təsərufatını inkişaf elətdirmək üçün şərait yaransa daha keyfiyyətli və davamlı kömək eləmək olar.
Uzun müddətdir müəyyən səbəblərə görə bloq səhifəm bağlı idi ancaq yazmaq üçün darıxmışdım. Mövzu ilə bağlı sualnız olarsa mənimlə bölüşə bilərsiniz. Uğurlar hər kəsə.

2 Comments

  1. Sevinc

    Axşamın xeyir, Elmir. Səninlə bəzi məqamlarda razıyam, bəzilərində yox. Doğrudur, ələbaxımlılıq, asılı vəziyyətə düşmək yaxşı hal deyil. Amma çox şahidi oluruq ki, həqiqi sosial yardıma ehtiyacı olan bu yardımı ala bilmir, digərləri sui-istufadə ediib bundan yararlanlrlar. Gərək bu işdə ədalət tam gücü ilə işləyə. Ehtiyacı olanın haqqın digərləri yeməyə…
    Yeni yazılarını gözləyirəm))

    Reply
    1. Profile photo of Elmir ValehliElmir Valehli (Post author)

      Hər vaxtınız xeyir, hə elədir o da ayrı mövzudur bu haqda mütləq nəsə yazacağam. Diqqətiniz üçün təşəkkürlər

      Reply

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Please wait...

Yeni bloq yazılarımıza abunə olun

E-mail ünvanınızı daxil edin və sosial yönümlü bloq yazılarımıza abunə olun. Fikirinizi bildirməkdən çəkinməyin. Sizin fikirləriniz, yanaşmanız bizim üçün qiymətlidir. Təşəkkürlər!!!
Skip to toolbar