“Tamerlan Rəcəbov”

Hər bir insanın həyatında  bir neçə  insanlar olur ki, hansı ki o insanlar  ilə heç bir qohumluq  əlaqəsi  yoxdur ancaq sənə inanılmaz yaxın insana  çevrilirlər . Tamerlan  Rəcəbov da mənim dünyamda  məhz o insanlar qrupuna aiddir
image

Sosial iş  491 ci qrupa dərs dediyi ilk gündən bu günə qədər həyatımdadı. Tamerlan  müəllim ilk dərs günündən artıq  öz səmimiyəti ilə  tələbələrin ürəyinə yol tapmağı bacardı. Bizə ilk sualı “”Sosial iş dedikdə ağlınıza birinci nə gəlir ?- Zəhmət olmasa onun şəklini çəkin. Bizim 2 kurs  tələbəsi olaraq ilk dəfə eşitdiyimiz maraqlı və təccüblü sual idi.  Qrupda  7 nəfərik oğlan idi və hamımız sosial işlə bağlı maraqlı, məntiqli şəkillər çəkdik.  Mən isə İcma xəritəsi çəkmişdim necəsə )). İndidə icmalar ilə işləyirəm, maraqlı faktdı. Çəkdiyimiz şəkillər onun çox  xoşuna gəldi və təəcüblənərək güldü : “”Açığı belə düşünmürdüm” yəni gözlədiyinin üstündə cavab vermişdik. Həmin gündən münasibətmiz başladı .

Bizə keçdiyi “Tədqiqat Metodları” fənni çox çətin fənn idi. Ancaq bizə asan yolla elə öyrədirdiki, heç ruhumuz belə incimirdi. İnanın, şişirtmirəm hər tələbə eyni sualı bəlkədə 4-5 dəfə verirdi. Ancaq hamıya səbrlə hər şeyi izah edirdi. Adətən tələbələr çətin fənn olanda  dərsdən qaçırlar yada arzulayırlar ki, müəllimin nə isə işi çıxsın gəlməsin.  Tamerlan müəllim üçün məncə xoşbəxtlik olmalıdır ki, bizim qrup səbrsizliklə onun dərsini gözləyirdi. Çünki dərs boş-boş nəzəriyə yazmaq ilə  keçmirdi. Bizə daha yaxşı izah etmək üçün real keyslər ilə başa salırdı. Deyə bilərəm ki , nəticəsi var çünki hələdə yadımda qalıb çox şey.  Qrup yoldaşlarımın ailəsində, evində problemi olanda heç kim ilə bölüşə bilməyəndə belə  məhz  dərsdən sora Tamerlan müəllim vaxtının ayırıb bizi sözün əsl mənasında  motivasya edirdi. Əminəm ki, qrup yoldaşlarımın Tamerlan müəllim ilə bağlı o qədər maraqlı xatirələri var ki…  Məndə mənimlə bağlı olan  maraqlı, təsirli xatirələrdən birinin misal çəkəcəm :

Səhf eləmirmsə 2 ci kurs idi. Bizim qrup böyük bir “Sosial İş konfransı” təşkil eləmişdi . Həmin konfransa bütün sosial iş tədris olunan universitetlərdən nümayəndələri dəvət etmişdik. Orada məndə nə isə nümayiş etdirəcək idim. Ancaq səsim ilə bağlı bir az kompleksim var idi o vaxtlar (indi səsim düzəlib )) Adutoriya qarşısına çıxmaq istəmədim və Tamerlan müəllimə dedim ki, başqa tələbə çıxsın . O, bir söz dedi “indiyə kimi qulağımda sırğa eləmişəm”. – Əgər bu gün geri çəkilsən həmişə bir addım arxada olacaqsan və səsində çox yaxşıdı narahat olma. (Bəlkədə yadına gəlməz Tamerlan müəllimin) Mənim üçün o böyük motivasya idi o vaxt. Adutoriya qarşısına çıxıb tədbiri uğurla apardım. İndi İcra Hakimiyyəti, Bələdiyyə, QHT işçiləri, tələbələr üçün  təlim keçirəm. Bəlkədə o vaxt ora çıxmasaydım bu gün təlim keçə bilməzdim.

Bizə dərs keçənə qədər bir çox yaxşı və pis müəllimləri sınaqdan keçirtmişdik . Tələbə üçün yaxşı müəlim “qiymət yazan”, pis müəllim isə “qiymət yazmayan” müəllim hesab olunurdu. Ancaq Tamerlan müəllimdən “0” qiyməti  almaqda  bir başqa idi. O qədər pis olurduq ki, növbəti dərsə hazırlıqlı gəlməyə çalışırdıq. Həmin fəndən 8- 10 almaq böyük uğur sayılırdı bizə. Bizə deyirdi ki, kiminsə onun yazdığı qiymətə etirazı varsa öz fikrinin əsaslandırıb müraciət eliyə bilər.Tamerlan müəllim çox Ədalətli insandır. Bizə o Universitetdə ədalətin təkcə sözdən ibarət olmadığını öyrətdi.  Bir dəfə ESSE tapşırığı verib. Uşaqlar nə isə tam düzgün hazırlamayıblar ancaq mən  tapşırığı digərlərindən  fərqli hazırlasamda hamıya eyni  10 ballıq sistem ilə “6” yazdı. Ancaq qiymət ürəyimcə deyildi. Ən azı mən tam şəkildə hazırlamışdım. Gəldim müəllimə email yazdım ki, düşünürəmki, mən digərlərindən daha yaxşı yazmışdım yadımda deyil ama fikrimi uzun email ilə əsaslandırb çatdıra bilmişdim. Onu yazmaqda məqsədim paxıllıq deyildi sadəcə onun öyrətdiyi o ədalət elə bil boğdu məni ))) . Sağ olsun baxdı həqiqətən fərqli olduğunu dedi və qiymətimi düzəltdi üstəlik növbəti verdiyi tapşırığı yerinə yetirməsəm belə qiymət yazmayacağını söylədi. İndi siz deyin belə bir münasibətdən sonra kiməsə qarşı ədalətsizlik edə bilərəm ?

Tamerlan Rəcəbov həqiqətən  işimlə həyatımla bağlı vacib  məsələləri müzakirə edə biləciyim az insanlardandı. Həm universitet zamanı həm indiki vaxtda desəm ki problemim var görüşək müzakirə edək. Yaxud da dilemma arasında qalmışam mənə yol tapmaqda  istiqamət verə bilərsiniz ? İşi nə qədər çoxda olsa  həmişə vaxt ayırıb.

Bu blogu yazmaqda məqsədim  içimdəki bəzi hissləri bölüşmək və  müəllimlərə hardasa  işarə verməkdir. Tələbəni sıxmaq,  kəsmək şəxsiyyətinin alçaltmaq  siz müəllimlər üçün çox asandı. Çünki tələbələr  sizdən asılı olduğu üçün çox söz deyə bilmir. Ancaq ürəyində müəllimə qarşı nifrət hiss yaranır. Əgər siz həqiqətən işinizi sevirsinizsə, tələbələrə hörmət edin.  Tələbə onunla maraqlanan ,  halını-əhvalını soruşan, diqqqət göstərən müəllimin fənnini sevməsə bilə ürəknən oxuyacaqdır.

Tamerlan müəllim bilirəm bu yazını oxuyacaq bəlkədə kövrələcək )) (zarafat edirəm). Diqqət etsəniz təhsillə bağlı konkret heçnə yazmamışam. Ancaq onun verdiyi biliklərlərin köməkliyi bu gün çox uğur əldə etmişəm. Həmişədə istfadə edirəm. Sadəcə mənə motivasiya baxımdan o qədər dəstək olub ki,  ona görə daha çox o yönümlü düşüncələrə fokuslaşmışam. Bizə öyrətdiyi  Azərbaycanda çox az adamın bildiyi “SPSS”, “STATA” kimi tədqiqat proqramların köməyindən hələdə bəhrələnirəm. Onuda qeyd edim ki , həmin proqramları inanmıram sosial iş  ixtisasında hansısa başqa universitetdə keçsinlər.

Bu gün sosial təşkilatda çalışıram. Qarşıma qoyduğum məqsədlər var. Mən Allahın köməkliyi ilə istədiyim hər şeyi edəcəm buna inanıram. Harda olursam olum mənim üzərimdə əziyyət çəkən , düzgün yol göstərən insanları xüsusi ilə də Tamerlan Rəcəbovu heç vaxt unutmayacam. Hər yerdə nümünə kimi səsləndirəcəm ki, digər insanlarda örnək alsın.

Tamerlan müəllim demişkən, elə gün gələcək ki deməyəcəklərki Tamerlanın tələbəsidi, deyəcəklər ki, Elmirin Müəllimi Tamerlan Rəcəbov. Bu məncə müəllim və tələbə  üçün çox böyük uğurdu. Ürəyim doludu deyə geniş geniş yazdım

Əziz Tamerlan müəllim çox xoşbəxtəm ki, sizin kimi gözəl insanı tanımışam.

2 Comments

  1. Tamerlan

    Elmir, ilk öncə təşəkkür edirəm səmimi və xoş sözlərin üçün! Sənin hər bir uğuruna özündən çox mənim sevindiyimi bilirsən ona görə bu barədə uzun yazmaq istəmirəm.

    Yazını bir il əvvəl yazmağına baxmayaraq bugün təkrar oxudum. Fərqli hisslər yaşadım bu dəfə. Sanki bir il əvvəllə müqayisədə mənim də düşüncə və həyat fəlsəfəmdə dəyişiklik olub. Fərqli fikirlərə daldırdı bu yazın məni. Mənim də bir sevimli orta məktəb müəllimim olub, heyif bugün oxşar fikirlərimi ona çatdıra bilmirəm, çünki çoxdan dünyasını dəyişib.

    Məncə müəllim üçün ən böyük xoşbəxtlik həyatda ikən tələbələrinin uğurlarını görmək və bu uğur üçün tələbə tərəfindən ona verilən dəyərin şahidi olmasıdır. Sən də bu xoşbəxtliyi mənə yaşatmaqda davam edirsən. Çox sağ ol bunun üçün. Səndən daha böyük nəaliyyətlər gözləyirik!

    Reply
    1. Profile photo of Elmir ValehliElmir Valehli (Post author)

      Tamerlan müəllim şərhiniz üçün bir daha çox sağolun. İnanın mən yazımı oxuyanda da indidə o hislərim yerindədir. Yəni ki, fəxrlə sizin bizlərə yüksək motivasiya verdiyinizi deyə bilərəm. Siz sağolunki bizi həmişə qiymətləndirirsiniz. O sevimli müəlliminizə Allah rəhmət eləsin. Mənin üçün önəmli olan sizin kimi insandan belə sözlər eşitməkdir. Mən motivasiyası güclü biriyəm bu motivasiya sizin ötürdüyünüzdür. Uzun danışdım. Hər şey üçün çox sağolun. Uğurlar sizə!!!

      Reply

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Please wait...

Yeni bloq yazılarımıza abunə olun

E-mail ünvanınızı daxil edin və sosial yönümlü bloq yazılarımıza abunə olun. Fikirinizi bildirməkdən çəkinməyin. Sizin fikirləriniz, yanaşmanız bizim üçün qiymətlidir. Təşəkkürlər!!!
Skip to toolbar