Sosial işin Azərbaycan modeli niye hələ də yoxdur?

Salam əziz sosial işçilər və sosial sahədə fəaliyyət göstərən həmkarlarım. 15 mart beynəlxalq sosial iş günü kimi qeyd olunur. İlk öncə belə şərəfli və çətin peşəni seçdiyiniz üçün sizləri təbrik edir və bu keşməkeşli yolda hamınıza uğurlar arzulayıram. Azərbaycanda sosial iş ilk dəfə 2005-ci BDU magistratura səviyyəsində yaradıldı. Sosial işin tarixi və inkişafı haqqında “Sosial iş nədir və Sosial işçilər kimlərdir” adlı bloq yazımda ətraflı məlumat vermişəm. (linkin üzərinə klik edib məlumat əldə edə bilərsiniz).

Bugün ki, yazım bir qədər tənqidi olacaq ona görə hazırlıqlı olun. Ümumiyyətlə hər hansı bir işdə irəliləmək üçün tənqidlərə açıq olmaq lazımdır. 2005-ci ildə sosial iş Azərbaycana gəldi. Həqiqətən qısa zamanda  çox böyük yol keçdi. Sosial iş peşə kimi tanınmağa başladı, universitetlərdə sosial iş ixtsası yaradıldı, “Sosial Xidmət”  haqqında qanun qəbul olundu və s. və ilaxır. Bunlar hamısı çox gözəldir. Ancaq çox təəssüflər olsun ki, hələ də Azərbaycanda sosial iş modelini qura bilməmişik. Bu yanaşmama çoxlu rəylər, bildirişlər gələcəyini bilirəm. Fərqli fikirdə olan insanlar da az deyil.  Mənə görə əgər sosial iş məzunları 95%-i hələ də işsizdirlərsə, hansı modelden danışa bilərik? Sosial iş təhsili haqqında əlavə və dəqiq məlumat əldə etmək istəsəniz Sosial işdə İş imkanları  adlı bloq yazıma baxa bilərsiniz.

2005-ci ildən bugünə qədər bir çox işlər görüldü. Məni sıxan narahat edən bir məqamdır. Sosial iş günündə hər dəfə sosial işçilər bir araya gəlib problemlərdən və gördüyümüz işlərdən danışırıq. Belə yol ilə bir nəticəyə gəlmək yaxın gələcəkdə demək olar ki, mümkün deyil. Axı nədən danışırıq? bu qədər tələbə işsizkən,  adiyyatı olmayan universitetlərdə sistemsiz şəkildə sosial iş ixtisası açılırsa və orada kimlərin dərs keçəçəyini bilimiriksə baş verən bu prosesə dur deyə bilmiriksə niyə hər dəfə görüşüb problemlərdən danışırıq? İnanın mənə 1-ci kursda oxuyan tələbədən sosial işdə mövcud olan problemləri soruşun həmin an cavab verəcəkdir.

Azərbaycana xas sosial iş modelini qurmaq üçün aşağıdakı addımlara diqqət edək:

  1. Sosial xidmət və Sosial iş anlayışlarını bir birindən ayırmaq lazımdır. Çünki ancaq sosial sahədə çalışan peşakarlar bunları bilir. Digər insanların bunlardan xəbəri yoxdur. Əfsuslar olsun ki, hələ də sosial iş nədir deyəndə “Pensiya fondu”, “Sosial Yardım” deyən insanlar var.
  2. Yenə sosial iş günü gəlir, 11 ildir ki, biz ancaq problemlərə fokuslanmışıq hər dəfədə müəyyən çıxışlar edirik ancaq nəticəsiz qalır. Ümid edirəm bu il ciddi irəlliyişlər olacaqdır. Bu sahədə UAFA təşkilatı, Azərbaycan Univeristeti,  AZSİB birgə əməkdaşlığı nəticəsində ciddi nəticələr əldə olunacağına inanıram. Artıq danışmaqdan əl çəkib iş görmək zamanıdır. Biz sosial sahədə fəaliyyət göstərən insanlar bir araya gəlib bir yerdə addım ataraq hansısa irəlləyişlər əldə edə bilərik. Hamı kənarda nəsə iş görür ya da heçnə eləmir yalandan nəsə deməklə iş getməz.
  3. Yaxın peşələrlə təmasda olmaq lazımdır. Ancaq sosial iş başqa hər şey yalandır demək düzgün deyil. Yəni sosiologiya, psixologiya və s. yaxın ixtisaslar ilə əməkdaşlığı qorumaq lazımdır. Onların fərqini soruşduqda məlumatlı olmaq lazımdır ki, izah edə biləsən. Yoxsa çətin vəziyyətdə qalarıq.
  4. Dövlət qurumları ilə mütəmadi olaraq əlaqə saxlamaq lazımdır. Çünki qərar verici orqanlardan çox şey asılıdr. Münaqişəyə girmədən, səbrlə hər bir detalı izah etmək lazımdır ki, insanları inandıra bilək.
  5. Xarici təcrübələr ilə maraqlanmaq, tədqiq eləmək lazımdır. Görək bu model dünyanın digər ölkələrində necə qurulub. Hansı uğur və uğursuluqlar olub, bizdə necə qurmaq olar. Sadəcə bir şeyə diqqət eləmək lazımdır. Mütləq adaptasiya eləmək lazımdır. Fərqli ölkədə uğurlu olan bizim ölkədə uğursuz və yaxud da əksinə ola bilər.
  6. Sosial sahədə faəliyyət göstərən insanlar ilə ünsiyyətdə olub fikirlərini almaq vacibdir. Sən oxuya bilərsən, xaricdə təhsil ala bilərsən ancaq reallıq fərqlidir. Sahədə işləyən təcrübəli insanların fikri həmişə diqqət mərkəzində olmalıdır.
  7. Bütün bu sadaladıqlarımı ayda ildə bir dəfə yox tez-tez eləmək lazımdır. Həvəsə gəlib başlayıb sonda yarımçıq saxlasaq nəticə dəyişməz olaraq qalacaqdır.
  8. Müzakirə və tənqidsiz model yaratmaq olmaz. Yuxarıda da qeyd etdiyimiz kimi mütləq müzakirələr aparmaq lazımdır. Tənqiddən qorxmaq lazım deyil. Əksinə tənqidə açıq olmaq lazımdır.

Yekun olaraq onu qeyd edim ki, sosial iş sahəsində hər şey çox uğurlu olacaq. Çünki biz bunu istəyirik. Sadəcə təmkinli olmaq lazımdır. Ən əsası motivasiyamız yüksək olmalıdır, özümüzə inanaraq hərəkət etməliyik. Hər şey insanın özündən başlayır. Kiçik uğursuzluqda əlimizi hər şeydən üzməyimiz düzgün deyil. Bir da peşə bayramınız mübarək əziz Sosial İşçilər.

 

 

2 Comments

  1. Fəridə

    Çox sağ ol, Elmir.Mən də bu təbriki üzərimə götürürərək, kolleqalarımı təbrik edirəm :).
    P.S Sosial iş ixtisası magistratura pilləsində mən bildiyim, 2004-cü ildən tədris olunmağa başalyıb. Mümkün olsa məlumatı dəqiqləşdirək.

    Reply
    1. Profile photo of Elmir ValehliElmir Valehli (Post author)

      Səndə təbrik üçün çox sağol Fəridə. Qeyd etdiyin üçün təşəkkür edirəm. Mən onu dəqiqləşdirib deyəcəm sənə.

      Reply

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Please wait...

Yeni bloq yazılarımıza abunə olun

E-mail ünvanınızı daxil edin və sosial yönümlü bloq yazılarımıza abunə olun. Fikirinizi bildirməkdən çəkinməyin. Sizin fikirləriniz, yanaşmanız bizim üçün qiymətlidir. Təşəkkürlər!!!
Skip to toolbar