Sosial işdə təcrübənin vacibliyi -Keys №1

Əziz oxucularımız ürəkdən hər birinizi salamlayıram. Sosial iş haqqında bir  çox yazılarımız olub. Ancaq bütün bunlar daha çox nəzəri biliklərə dayanırdı. Təbii ki, nəzəriyyə çox önəmlidir  baza olmadan heç vaxt düzgün və davamlı inkişaf etmək mümkün deyil. Ancaq sosial iş sahəsində təcrübəsi olmadan hər hansı fikir irəli sürən insanları anlaya bilmirəm. Azərbaycan da sosial sahədə fəaliyyət göstərmək üçün mütləq şəkildə yerlərdə olan xidmətləri, insanları tanımaq və düzgün yanaşmaq lazımdır.  Sosial iş sahəsində olan nəzəriyələr xarici təcrübəyə əsaslanır. Biz mütləq şəkildə xarici təcrübəni öyrənməliyik ancaq  bir mənalı olaraq yerli şəraiti qiymətləndirib ona uyğun adaptasiya eləmək lazımdır.

Çalışacağam daha çox regionlarda qarşılaşdığımız problemlər və həlli yollarını Sizlərlə bölüşüm. Əziz sosial sahədə fəaliyyət göstərən və sosial iş tələbələri və məzunları nəsə əlavə sualınız və təklifiniz varsa mütləq qeyd edin bizimlə bölüşün. Sosial işdə konfidensiallıqı nəzərə alaraq benefisiarın adlarını çəkməyəcəm və yaxud şərti adlardan istifadə edəcəyəm. “Davamlı Regional İnkişaf” proqramı – Sosial işin inkişafı bloq yazımda sosial iş layihəsi haqqında qısa məlumat vermişdim. Həmin layihə çərçivəsində Biləsuvar və Cəlilabad rayonlarında fəaliyyət göstərən sosial işçilərimiz ehtiyaclı ailələri qiymətləndirir və ehtiyaclarına uyğun olaraq həmin insanlara dəstək olur düzgün istiqamətləndirirlər.

Ailə haqqında qısa əlumat verim: ailə 4 nəfərdən ibarətdir. Ata ana və 2 uşaq ev şəraitləri ortadır. Ötən ay ailə başçısı qan xərçəngindən vəfat edib. Ana da narahatdır ki, 2 uşaqı da daşıyıcı ola bilər ona görə də onları müayinə elətdirmək istəyirdi. Ailə həkimə verməyə pulunun olmadığını hətta Bakıda yoxlanışdan  keçmək üçün nəqliyyat xərcinin belə olmadığını bildirdi. Sosial işçilər ailəni qiymətləndirib fəaliyyət planı hazırladılar. Ailə maariflənidirildi ki, səhiyyə xidmətləri PULSUZDUR. Sadəcə düzgün qayda da müraciət etmək və düzgün sözlərdən istifadə etmək lazımdır. Bunun üçün ilk addım uşaqların qeydiyyatı olan xəstəxanadan uyğun xəstəxanaya göndəriş almaqdır. Ailə sosial işçilərin müdaxiləsindən sonra göndərişi aldı bu arada sosial işçilər uyğun potensial sponsorlar ilə əlaqə saxlayıb ailə üçün nəqliyyat xərcini tapmışdılar. Ailə Bakıda olanda sosial işçi ilə əlaqə saxlayıb ondan rüşvət aldıqlarını və müayinənin növbəti mərhələsinə keçmək üçün yenə də ödəniş tələb etdiklərini bildirdilər. Sosial işçilər Bakı ofisinə məlumat verən kimi biz bir başa dövlət xəstəxanasına gedib vəziyyəti qiymətləndirdik. Əslində günah təkcə rüşvət tələb edən həkimdə deyil eyni zamanda göndərişi yazıb ailəni göndərən həkimdə də günah vardır. Həkim göndərişi düzgün xəstəxanaya yazmadığı üçün pulsuz müayinə etməyə bilərdilər. Ancaq həkim pul alırsa mütləq şəkildə əsasını (çekini) göstərməlidir. Bizim müdaxilədən sonra ailədən alınan pul geri qaytarıldı və yenidən ailə üçün uyğun xəstəxanaya göndəriş alındı. Qısa konkret yazmağıma baxmayın Həmin ailəni problemini həll etmək üçün 3,4 saat vaxt getdi. Nəticə olaraq ailəni ofis maşını ilə müvəqqəti qaldığı yerə apardıq və ananın mənə dediy sözü heç bir maddiyat, hədiyyə motivasya edə bilməzdi. Ana kövrək və titrək səslə vurğuladı ki, belə bir dəstək görəndən sonra “Dövlətə və millətə inamım artır”.  Sosial işçilər həqiqətən dövlət və əhali arasında körpü yolunu oynayırlar. Bəzən çox yoruluruq, sıxılırıq ancaq inanın nəticə müsbət olandan sonra həqiqətən o əziyyətə dəydiyini hiss edirsən və bütün yorğunluq. gərgiinlik bir anda fəxr, qürur, sevinc hissi ilə əvəz olunur. Bunu yaşamaq lazımdır 🙂 Sözlərlə ifadə eləmək çətindir

Ailələrlə bağlı o qədər nümünələr var ki, imkan tapdıqca Sizlərlə bölüşəcəm. Bax mən bunu demək istəyirdim ki, tələbələrin təcrübə keçməsi üçün bol vaxt ayırın ki, işləyən də çox əziyyət çəkməsinlər. Həm nəzəriyyə həm təcrübəsi olan sosial işçilər daha yaxşı, keyfiyyətli və düzgün şəkildə insanlara peşəkar dəstək görə bilərlər.

 

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Please wait...

Yeni bloq yazılarımıza abunə olun

E-mail ünvanınızı daxil edin və sosial yönümlü bloq yazılarımıza abunə olun. Fikirinizi bildirməkdən çəkinməyin. Sizin fikirləriniz, yanaşmanız bizim üçün qiymətlidir. Təşəkkürlər!!!
Skip to toolbar