“Sosial işdə bədən dilinin rolu”

İnsanlar ilə ünsiyyətə girən zaman səs, söz və bədən dilindən istifadə edirik. Sizcə insanlara ən çox  söz, səs ya bədən dili vasitəsilə təsir etmək mümkündür? Təbii ki, müxtəlif cavablar veriləcək. Ancaq qarşımızdakı insanlar ilə ünsiyyət qurarkən 7% söz, 38% səs, 55% isə bədən dilimiz ilə təsir edirik. Mən bədən dili haqqında 3 kitab oxumuşam. Ancaq bu hər şey demək deyil. Çünki əslində hər bir insanın fərdi olaraq özünə xas xüsusiyyətlər vardır. Bu gün ki, bloq yazımda ümumi bədən dilindən deyil, sosial işdə bədən dilinin rolundan yazacağam.

Bu bloqu yazımı oxuyarkən, sosial iş haqqında məlumatı az olan insanlara maraqlı ola bilər ki, axi bu sosial iş nədir, sosia işçi kimdir. Ancaq narahat olmağa dəyməz siz Sosial iş nədir və sosial işçilər kimlərdir?, Sosial iş nədir və nə deyildir bloq yazılarımdan sosial iş haqqında ilkin məlumatları əldə edə bilərisiniz. Ən azı sizdə azda olsa təsəvvür yaranacaqdır. Sosial işçilərə təklif edirəm ki, bədən dilinə nəzarəti inkişaf etdirsinlər. Bu təkcə bir tərəfli deyil iki tərəfli xeyirli olacaq. Birinci tərəfi məlumdur sosial işçi bədən hərəkətlərinə diqqət eləmək ilə klientə özünü rahat hiss etdirəcəkdir. İkinci və daha vacib olan isə  klient yalan danışanda, məlumatı gizlətmək istəyəndə, kimdənsə çəkinəndə və s. hallarda sosial işçi klientin bədən hərəkətlərindən bunu rahat anlaya bilər və vəziyyəti qiymətləndirib uyğun sözlər ilə lazım olan cavabı ala bilərik.

Hər bir sahədə bədən dilinin rolu çox vacibdir. Bloq yazımın məqsədi Sosial işdə bədən dilinin rolunun vacibliyini göstərməkdir. Təbii ki, burada bütün bədən dilləri və izahı verməyəcəm. Qısa olaraq əsas başlıqları qeyd edəcəyəm. Sosial iş ixtisasına  “Sosial işdə bədən dilinin rolu” adlı dərs salınarsa tələbələrə üçün və sosial iş icması üçün böyük uğur olar.

Sosial işdə isə nə qədər təcrübəmiz, nəzəriyyəmiz olsa da mütləq bədən dilinə diqqət eləməliyik. Bədən dili dedikdə həm sosial işçinin bədən dili həm də klientlərin bədən dili haqqında öz oxuduqlarımı və şəxsən təcrübədən keçirdiyim bəzi məqamları sizlər ilə paylaşacağam. Çünki sosial işçilərin fəaliyyət göstərdikləri insanlar məhz həssas təbəqədən olan insanlardır. Biz bilmədən də olsa onların qəlbinə dəyə bilərik. Belə olan halda insanlara  kömək etsək belə insanlarda insamsızlıq yarada bilərik.

Sosial işçi klientlə söhbət zamanı oturuşuna diqqət etməlidir. Sağdakı şəkilə diqqət etsək, təbii ki, bu cŞəkil 1.ür və oxşar  vəziyyətlər də oturub qarşınızdakı insana “mən sizi başa düşürəm” demək sadəcə özünü aldatmaqdır. Maximum şəkildə elə oturmaq lazımdır ki, boy təması uyğun, əllərimiz yanımızda yaxud da qeyd aparmağa hazır şəkildə olsun  və klient səninlə danışanda özünü rahat hiss eləsin. Həddindən artıq yaxın oturmaq da düzgün deyil. Çünki klient özünü narahat hiss edəcək, lazım olan məlumatları ala bilməyəcəyik.

Sosial işdə əlimizə də hakim olmağı bacarmalıyıq. Bəzən kiçik bir toxunuş min sözdən daha təsirli ola bilər. Klient ağlayarkən, özünü pis edərkən biz həm danışaraq həm də ehmalca toxunaraq onlar ilə empatyanı daha yaxşı şəkildə qura bilər onların dərdinə şərik ola bilərik. Daha bir misala diqqət edək. Görmə qabiliyyəti zəif və ya olmayan  insana biz salam verib əhvalını soruşub, çiyninə ehmalca toxunaraq ona qarşı olan hörmətimizi daha yaxından bildirə bilərik. Ancaq biz  İşarət barmağı ilə klienti göstərib “sən bunu belə eləsən yaxşı olardı” yaxud da “bir daha uşağın üzərinə səsini ucaltma” və s. bu qəbildən sözləri desək təbii ki, biz onları qınamış 235933-3-4-3c995olarıq. Sosial  işin qızıl qaydası: “Klienti qınamaq olmaz”. 

“Gözlər qəlbin aynasıdır”, “Gözlər yalan danışmaz” və s. bu tip sözləri biz tez-tez eşidirik. Həqiqətən də deyilen sözlərdə böyük hikmət var.  Gözlərə baxarkən əsasən göz bəbəklərinə diqqət eləmək lazımdır. İnsanın bir şeydən xoşu gələrsə göz bəbəkləri 450% -ə qədər böyüyə bilər. Bəzi insanlar yalan danışarkən gözlərini qaçırdır. Bəziləri bir nöqtəyə baxır və s.  Sosial işçi ünsiyyət zamanı klientin gözlərinə də diqqət eləməlidir. Ancaq uzun müddət baxmaq olmaz. Gözlərdən əlavə başın hərəkətlərinə də diqqət eləmək lazımdır. Boyunun əyilməsi, boyunun sağa-sola dönməsi hər birinin öz mənası var. Burada sadəcə bəzi əsas məqamlarə qeyd edirəm. Çünki həqiqətən çox uzun mövzulardı.

Bizim cəmiyyətdə insanların diqqətli olaraq dinlədiyini anlamaq üçün mütləq göz ilə izləmək lazımdır. Buna fəal 17dinləmə deyilir. Baxdığımı yerində önəmi çoxdur. Baxışın bir neçə növü vardır: rəsmiyyət baxışı, ünsiyyət baxışı, flört baxışı. Bunlar haqqında qısa məlumat verəcəm. Rəsmiyyət baxışı- qarşınızdakı insanın gözlə alın arasındakı bölgəsinə baxarsaq o bunu ciddi qəbul edər və çoxda yaxın münasibət qurmaq istəmədiyimizi anlayar. Ünsiyyət baxışı- Gözlə dodaqlar arasında olan bölgəyə baxmaqdır. Flört baxışı- Dodaqlar və sinəüstü bölgəyə baxışdır. Bu zaman diqqətli olmalıyıq. Əgər istəmədən də olsa baxsaq qarşımızdakı insan özünü təzyiq altında hiss edə bilər.

 

Xüsusi bir məqamı unutmaq lazım deyil ki, hər bir insan individualdır.  Hər bir insan da bədən dili xüsusiyyətləri fərqli ola bilər. Bu bədən dili bizə ümumi yanaşmağa kömək edəcəkdir. Sosial işçinin isə fərdi yanaşmasından çox şey asılıdır. Yuxarıda da qeyd etdiyim kimi mən çox qısa məlumat verdim. Həqiqətən bu çox geniş bir mövzudur. Gələcəkdə sosial işə məhz bədən dilinə aid fənn salınarsa çox gözəl olar. Onsuzda bəzi fənnlər varki, insanın ürəyini sıxır, gələcəkdə də işimizdə kömək olmur. Məhz ona görədə bədən dilinin xüsusi önəmi var. Ümid edirəm belə bir mövzu yaxın gələcəkdə sosial iş ixtisasına dərs vəsaiti olaraq salınar.

 

 

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Please wait...

Yeni bloq yazılarımıza abunə olun

E-mail ünvanınızı daxil edin və sosial yönümlü bloq yazılarımıza abunə olun. Fikirinizi bildirməkdən çəkinməyin. Sizin fikirləriniz, yanaşmanız bizim üçün qiymətlidir. Təşəkkürlər!!!
Skip to toolbar