Sosial iş nədir və Sosial işçilər kimlərdir?

Sosial iş elə bir sənətdir ki, o insanların rifahı üçün sosial dəyişikliklər edir, insanlar arasındakı münasibətlərdə problemləri həll edir, və insanların rifahını yüksəltmək üçün onları daxili güclərinə, öz potensiallarına axralanmağa yönəldir. Bundan başqa sosial iş, rifahlarına çatmaq üçün insanların müstəqil olmasına da şərait yaradır (Beynəlxalq Sosial İşçilər Asosasiyası 2004).

Sosial işçi dövlət ilə vətəndaş arasında vasitəçilik edən şəxsdir. Vətəndaş yeni çıxan qanunları, hüquqlarını, hansı növ sosial xidmətlərin olduğunu və s bilmir. Sosial işçi ailəyə gedir, qiymətləndirir və lazım ola yerlərə istiqamətləndirir. Sosial iş geniş bir elmdir və Azərbaycanda son dövrlər inkişaf etməyə başlamışdır. İlk öncə Sosial işin tarixinə qısa nəzər salaq.

1-ci mərhələ – qədim dövrdən başlayır. Qarşılıqlı yardım və dəstək formasında sosial işin arxaik formaları yaranmışdır. 2-ci mərhələ – XIX əsrin sonu-XX əsrin əvvəlləri sosial işin ayrıca peşə sahəsi kimi inkişaf etməsi. 3 -cü mərhələ – 80-ci illərdə sosial işin insan hüquqlarının müdafiəsi kimi dərk edilməsi formalaşır. Bununla bağlı 19178478211-400x26648-ci ildə qəbul edilmiş Ümumdünya İnsan Hüquqları Bəyannaməsi və digər insan hüquqları sənədlərində əks olunmuş hüquqlar sosial işin fəaliyyət sahəsində xüsusi yer tutmağa başlayır. 4-cü mərhələ – 80-ci illərin sonu-90-cı illərin əvvəli sosial işin nəzəriyyəsi və təcrübəsi əsas fəaliyyətin klientin fəallaşması prinsipi əsasında keçirilməsi konsepsiyası ilə zənginləşir.

Sosial iş peşə kimi XIX əsrdə yaranmışdır. Ilk dəfə 1898-ci ilin yayında Kolumbia Unversitetində sosial iş üzrə sinif açıldı. İngiltərədə də sosial iş demək olar ki, Amerika ilə paralel başladı. İngiltərədə ilk sosial işçilər xəstəxana sosial işçisi adlandırılırdı. 1895-ci ildə Mary Stewart Royal Free Xəstəxanasında ilk sosial işçi kimi çalışdı.

Peşə kimi sosial iş Avstraliyada İngiltərə və Amerikadan sonra inkişaf etdi. 1920-ci ildə ilk peşəkar sosial işçilər yetişmişdir. 1940-cı ildə Sidney Universitetində sosial iş təlimləri başladı. 1905-dən sonra, əksər sosial işçilər tibb bacıları kimi öyrədildi. 1865-ci ildə İngiltərədə keşiş Vilyam Buts “Xilas ordusu” təşkilatını yaratdı bu təşkilat məzlumlara, yazıqlara maddı və mənəvi köməklik edirdi. 1899-cu ildə ABŞ-da Ceyn Adams, sosial iş nəzəriyyəsi və təcrübəsinin əsasını qoyan şəxslərdən biri Amerikada işsiz və evsiz qalan, dili bilməyən emiqrantlara yardım etməyə başladı. Bu miqrantlarla sosial işin əsasının qoyulması idi.

Azərbyacanda sosial iş ixtisası ilk dəfə 2005-ci ildə BDU magistr pilləsində açıldı. Daha sonra  2008-cu BDU və 2010 AU-da bakalavr səviyyəsində sosial iş ixtisası yaradıldı. Sosial iş ixtisasının fənn kimi tədris olduğu universitetlər və bu sahədə olan problemləri Sosial “İŞ”-də, “İŞ” imkanları bloq yazımdan daha ətraflı məlumat ala bilərsiniz.

Sosial işçinin ən az 4 illik bakalavr təhsili olmalıdır. Əgər diplomu yoxdursa rəsmi olaraq  sosial işçi sayıla bilməz. Belə işçilərə biz para-sosial işçi yaxud da sosial xidmətçi deyə bilərik. Sosial xidmətçi kimdir? Sosial xidmətçi sosial işçinin göstərişlərini, tapşırıqlarını yerinə yetirərək ona dəstək olan şəxsdir. Ancaq mən ona əminəm ki, sosial işçi olmaq üçün təkcə diplom sahibi olmaq kifayət deyil. Sosial işdə hümanizmdə çox vacibdir. Daxildən hiss eləməlisən peşəni. Mənim tandığım bəzi insanlar var ki, onlar sosial işçi deyil ancaq bu işi o qədər ürəkdən görür ki, diplomu olan sosial işçilər bəlkədə onlar kimi görə bilməz.

Sosial işdə üç praktik səviyyə mövcüddür. 1 Mikro səviyyədə sosial iş; fərdlər, ailələr və qruplarla iş. Bura keys menecment və terapiyalar daxildir. Mezzo səviyyədə sosial iş; proqramlar və xidmələrin təşkilatlar və institutlar səviyyəsində yaradılması və idarə olunması, Makro səviyyədə sosial iş; sosial planlaşdırma, dövlət səviyyəli təşkilatlar və sosial siyasətçilər ilə sosial iş aparmaq.

Sosial işin hansı ixitsas sahələri var?

Əlilliyi olan insanlar ilə Sosial İş, Ailə və Uşaqlar ilə Sosial İş, Tibbi Sosial İş, Psixi Sağlamlıq üzrə Sosial İş, Məktəbdə Sosial İş, İcmaların İnkişafı üzrə Sosial İş, Yoxsulluğun Aradan Qaldırılması üzrə Sosial İş, Beynəlxalq Sosial İş,  Tədqiqat üzrə Sosial İş, Keys Menecment üzrə Sosial İş və Gerentalogoyanı (Yaşlılarla Sosial İş) və s misal olaraq göstərmək olar

Sosial işçilər kimlərə xidmət göstərir? 

Evsiz və İşsiz insanlar, həssas təbəqədən olan ailələr, mənəvi etinasızlığa, cinsi, fiziki və zorakılığı məruz qalan uşaqlar və ailələr, nigah problemləri olan ailələr, əqli inkişafdan geri qlamıs adamlar, ailələri, yaşlı adamlar və ahıllar,  nikahdan kənar hamilə olan yeniyetmə qızlar, fiziki və ya əqli əlillik və ya xəstəlik üzündən həyatları çətin olan fərdlər və ya ailələr, alkoqoldan və ya narkotikadan sui-istifadə edənlərin özləri və ailələri, övladlığa götürülmüş uşaqlar, İmiqrantlar və ya milli azliqlar, miqrantlar və ya başqa ölkəyə getmək üçün müvəffəqəti yerləşmiş adamlar, fərdlər, QİÇS-ə yoluxmuş fərdlər və ya ailələr və s.

Sosial işə hər ölkədə müxtəlif cür yanaşılır. Çünki Amerikanın, Avropanın, Afrikanın, Azərbayacanın problemləri eyni ola bimləz. Biz xarici nəzəriyyələri olduğu kimi Azərbaycanda tətbiq eliyə bilmərik. Çünki bu heç bir zaman effektiv ola bilməz. Biz ən yaxşısı bizə lazım olan nəzəriyyələri cəmiyyətimizə uyğunlaşdırıb, adaptasiya edəndən sonra  tətbiq edə bilərik.

Hal-hazırda sosial işdə hətda sosial sferada ciddi durğunluq yaranıb. Ancaq indi yavaş-yavaş düzəltməyə və inkişaf etditməyə çalışırıq. Bunun üçün bizə sosial işçilərə ilk öncə özümüz dəstək göstərməliyik daha sonra isə dövlət orqanları tərəfindən lazımi dəstək göstərilmlədir. 2012 ci ildə Sosial Xidmət Haqqında Qanun qanun qəbul olundu. Bu böyük irəlləyiş və uğurdur. İndi sadəcə qanunun bəzi dəyişiklər etməklə, daha da zənginləşdirmək, oradakı bəndlərin icrasını yerinə yetirərsək tez bir zamanda müsbət yönümlü inkişaf etdirə bilərik.

 

3 Comments

  1. Sevincli Dünya

    Salam, Elmir. Mövzu üçün təşəkkürlər. Deyəsən işlərin çoxdur, görünmürsən çoxdandır)

    Reply
    1. Profile photo of Elmir ValehliElmir Valehli (Post author)

      Salam həqiqətən bu aralar iş çoxdur deyə bloga az vaxt ayırıram. )

      Reply
  2. Pingback: "Davamlı Regional İnkişaf" proqramı - Sosial işin inkişafı - Elmir Valehli

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Please wait...

Yeni bloq yazılarımıza abunə olun

E-mail ünvanınızı daxil edin və sosial yönümlü bloq yazılarımıza abunə olun. Fikirinizi bildirməkdən çəkinməyin. Sizin fikirləriniz, yanaşmanız bizim üçün qiymətlidir. Təşəkkürlər!!!
Skip to toolbar