Sosial “İŞ”-də, “İŞ” imkanları.

161
Sosial iş ixtisası haqqında az məlumatı olan və ümumiyyətlə məlumatı olmayan bəzi insanlar düşünürlər ki, sosial iş ixtisasında “İŞ” sözü varsa deməli “İŞ” tapmaq çox rahat olacaqdır. Kaş ki, sizin düşündüyünüz kimi olardı. Sosial işi bitirən hər bir kəs təyinat ilə işə göndərilərdi. Təəssüflər olsun ki, iş tapmaq çox çətindir. Nəzərə alsaq ki, Azərbaycanda ildən ilə profesional sosial işçilərin sayı artır. Görəsən niyə belədir?

İndi gəlin bir az dərin düşünək.  Sosial iş fənni Azərbaycan Universiteti, Bakı Dövlət Universiteti, Turizm Universiteti, Gəncə Dövlət Universiteti, Naxçıvan Dövlət Universiteti, Sumqayıt Dövlət Universitetində tədris olunur. Tələbələr topladıqları bala görə həm pullu, həm də pulsuz da oxuyurlar. Tələbələrin sayını isə siz düşünün. 5 dövlət universiteti, 1 özəl universitetdə sosial iş fənni tədris olunur.  Əgər dövlət universitetlərində Sosial iş fənni tədris olunursa deməli dövlət yeni ixtisası qəbul edir. Hətda 2012 ci ildə “Sosial xidmət haqqında” qanun qəbul olundu. Bəs onda niyə tələbələr hələdə işsizdir? Mən sosial işi  ilk bitirənlərdənəm. Digər universitetlər ilə də əlaqəm var. Çox az qismi sosial işə aid olan yerlərdə işləyirlər. Tələbələrin demək olar ki,  80-90% aidiyatı olmayan yerlərdə çalışırlar. Təkcə Azərbyacan universitetində hal-hazırda 107 bakalavr, 4 magistr sosial iş təhsili alır. Digər universitetlərdə təhsil alan tələbələrin sayı daha çoxdur. Əgər tələbələr ixtisası üzrə işləyə bilməyəcəklərsə niyə dövlət onarın təhsilinə büdcədən maliyyə ayırır? və yaxud niyə valideyn ildə 2500 AZN təhsil haqqı ödəməlidir? Əgər dövlət bir belə büdcədən  maliyyə ayırıbsa deməli iş tapmaqda dəstək olmalıdır. Əslində iş tapılmağa qədər bir sıra mərhələlər var. Əgər universitetlər o mərhələləri sistemli şəkildə tələbəyə düzgün ötürərsə ən azı indiki zaman üçün tələbəyə motivasya olar. Mən öz təkliflərimi sizlər ilə bölüşürəm:

1. İxtisaslı müəllimləri cəlb etmək. Sosial iş təhsili olan müəllim sosial işə aid olan məlumatları tələbəyə çox rahat ötürür. Ən əsası tələbə ilə yaxşı münasibət qura bilir. Düşünürəm ki, tələbəyə ən böyük motivasyanı məhz müəllim verir. Düşünün fəlsəfəni, tətbiqi riyaziyatı və s qeyri ixtisası bitirən şəxslər sosial işdən “mühazirə” keçəndə necə olar.(Başıma gəlib ordan bilirəm). ixtisaslı müəllim kadrının az olmasını başa düşürəm. Ancaq məncə ilk öncə o qeyri-ixtisaslara sosial iş ilə bağlı ilkin bilikləri ötürmək lazımdır. Yadımda qalan bir hadisəni sizlərlə bölüşürəm. Çox tanınmış dövlət universitetlərinin birində müəllim tələbəyə deyib ki, “Sosial iş insanların ilkin fiziki təlabatını ödəyən bir peşədir”. Məncə Belə düşünən müəllimin yerinə 4-cü kurs sosial iş tələbələrinə icazə verin aşağı kurslara dərs keçsinlər)))

2.“Dərs vəsaitlərinin hazırlanması”.  Baxın əgər tələbə oxuyursa artıq universitet də vəsaitlər hazır olmalıdır. Pulluda oxuyan o qədər tələbə var niyə o pulları ödəyir? Tələbəyə maraqlı deyil dərs vəsaiti yoxdur, təzə ixtisasdır falan, filan olan bəhanələr. Əgər sosial iş fənn tədris olunacaqsa deməli materiallar əvvəlcədən hazır olunmalıdır. Ümid edirəm ki, gələcəkdə bu tip problemlər ilə daha az rastlaşacağıq.

3. Sistemli təcrübə proqramı hazırlamaq. Sosial işdə nəzəriyə nə qədər vacibdirsə təcrübədə bir o qədər önəmlidir. İndiki halda universitetlər tələbələri təcrübəyə göndərməyə maraqlı deyil. Məsələn BDU bizim təşkilata tələbələr təcrübəyə gəlirdi. Daha doğrusu gəlmirdi. Çünki universitet tələbələrin imtahanı ilə təcrübəsini eyni vaxta salıblar. Tələbələrdə həvəs, maraq yox idi. Hələ universitet isə ümumiyyətlə maraqlanmır ki, tələbə necə iştirak edir və s. Ancaq tələbənin özünü inkişaf etdirməsi üçün məhz təcrübə proqramı lazımdır. Necəki Azərbaycan Univeristeti bunu edir. Rəsmi müqavilə, tələbə siyahısı və tələbələrin gördükləri işlər.  Təcürbə zamanı tələbənin iş tapmaq şansıda artır. Çünki o, öz bacarıqlarını, nəzəriyyə də öyrəndiklərini təcrübə keçdiyi yerlərdə tətbiq edə bilir. Mən özümdən misal gətirmək istəyirəm. Oxuduqlarımı təcrübədə tətbiq etdikdə heçdə həyatda hər şeyin kitablarda yazılan nəzəriyələr kimi olmadığını anladım. Zaman keçdikcə yanaşmamı inkişaf etdirdim. Məsələyə kitabda “belə yazılıb belədə olacaqdır” kimi baxmıram. “Belə yazılıb ola bilər ki, belə olsun” kimi baxıram.

4. Dövlət qurumlarında ayrıca sosial iş bölməsinin yaradılması. Hal hazırda sosial işçilərin çoxusu QHT-lərdə işləyir. Qısası layihə varsa çörək var, layihə yoxdursa çörək yoxdur. Yəni ki, daimi deyil. Dövlət işi isə daimidir. ona görədə bir çox tələbələr universiteti bitirəndən sonra məhz dövlət qurumlarında çalışmaq istəyirlər. Ancaq  niyədə olmasın? Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Əhalinin Sosial Müdafiə Mərkəzlərində ayrıca sosial iş ştatı açılsa sosial işçilərdə təyinat ilə ƏƏSMN və ƏSMM göndərilib fəaliyyət göstərsə nə gözəl olardı. Ancaq ümid edirəm belə bir gözəl hadisə olanda maaşıda nəzərə alarlar. Çünki motivasya çox önəmlidir.

Keçən il Azərbaycan Universitetində 1 ci kurs sosial işçilər ilə tanış oldum. Həqiqətən çox fəal, həvəsli və inamlı addımlar atırlar. Konfranslar təşkil edir, xeyriyə tədbirləri keçirir, könüllü fəaliyyətlər edirlər. Ona görə ki Azərbaycan Universiteti sözün əsl mənasında sosial işin inkişafı ilə məşğul olur. Azərbaycan da ilk dəfə olaraq sosial iş fakültəsidə Azərbaycan Universitetində yarandı. İsveçin Lund Universiteti ilə tələbə müəllim mübadiləsi gerçəkləşdirirlər. Və həqiqətən müəllimlərin çoxu ixtisaslı kadrlardır. Ona görədə tələbələrin motivasya ruhu digər universitetlər ilə müqayisədə yüksəkdir.

Məqsədim universitetlər arasında fərqi yazmaq deyil. Sadəcə sosial işə daha çox maraq göstərsinlər. Çünki buna çox böyük ehtiyac var. Təbii ki, Azərbaycan Universitetində də bəzi problemlər var. Ancaq inanın mənə o fəal tələbələri görüb düşünəndə ki, iş tapa bilməyib başqa yerə yönələ bilərlər çox pis oluram. İndi UAFA da dövlət ilə əlaqələr qurur. Digər təşkilatlarda  sosial işnən bağlı faəliyyətlər həyata keçirirlər. Universitetlər özləridə aidiyatı olan qurumlar ilə əlaqələr qurub iş problemini həll etməlidirlər. Sadəcə tələbələri itirməyək. Necəki digər sosial iş tələbələrinin itirdik. Nə isə. Ümid edirəm yaxşı olacaq. Çünki həqiqətən buna inanıram. Sosial problemləri, intiharları, zorakılıqları bol olan bir ölkədə yaşayırıq.

Sosial işçilərin köməyi ilə hər bir ehtiyacı olan insana dəstək ola bilərik. Çünki sosial işçilər səfər etdikləri ailələrdə qayğı planı hazırlayırlar. O qayğı planında ailənin problemi, ehtiyacı və s yazılır. Qayğı planının sonunda sosial işçi nə iş görəcəyini, nə vaxt görəcəyini ailənin və sosial işçinin üzrərinə düşən öhdəlikləri qeyd edir. Təyin olunan vaxta qədər problemlər həll olunmalıdır. Sizcə ailəni belə yaxşı tanıyan, ehtiyacını bilən insanlar bizə lazım deyil? Ailələr sosial işçilər ilə sirlərini belə paylaşırlar. Çünki onlardan istilik,səmimi münasibət görürlər ən əsası inanırlar. Sosial işçi isə sirləri təbii ki, paylaşmır.(situasiyadan asılı olaraq) Ailəni düzgün istiqamətləndirməyə və  dəstək olmağa çalışır. Sosial işçi qanunları bilir, xeyriyəçi insanlar, təşkilatlar ilə əlaqələr qurur. Bir var təşkilat, xeyriyyəçi insanlar  ehtiyacı bilmədən maliyyə xərcləyib dəstək olmağa çalışır. Birdə var ki, sosial işçi artıq bilir ki, bu ailəyə nə lazımdır və ehtiyac siyahısını lazımi insanlara təqdim edir. İnanın rayonlarda, kəndlərdə, hətda Bakıda elə ailələr var ki, kiçik bir qanunu, pensiya almaq üçün lazım olan sənədləri, ən adi hüquqlarını bilmir. Hələ mən sizə Sosial işçilərin gördüyü işlərin çoox az qismini yazmışam. Necə düşünürsünüz sizcə sosial iş hələ də bizə lazım deyil ?

 Dostlarım hamınıza hər bloq yazımda qeyd etdiyim kimi iş və şəxsi həyatınızda uğurlar arzu edirəm. 

7 Comments

  1. Feride

    Elmir,mənimçün ağrılı olan bir nöqtəyə toxunmusan.”Sadəcə tələbələri itirməyək. Necəki digər sosial iş tələbələrinin itirdik.” – ifadəsində özümü və digər qrup yoldaşlarımı (qeyd edim ki,sosial iş ixtisasının Azərbaycanda ilk məzunlariyiq) gördüm.Yazdıqlarına AMİN deyirəm.Düşünürem ki,bu problemləri həll etməkçün də sözün əsl mənasında sosial işçiyə ehtiyacımız var .

    Reply
  2. Elmir Valehli

    Fəridə münasibət bildirdiyin üçün çox sağ ol. Elədir çox tələbələri itirdik və itiririk. Yaxın gələcək də ciddi dəyişiklik olmazsa vəziyət daha da acınacaqlı olacaqdır. İnşallah hər şey tez zamanda qaydasında düşər

    Reply
  3. Tamilla Alizade

    məncə,vəziyyət acınacaqlı filan olmayacaq.İndiyə kimi necə yaşayırdısa hamı, elə də yaşayacaq.Özümüzü aldatmayaq,sosial işçilərə ehtiyac yoxdur

    Reply
    1. Elmir Valehli

      Tamilla səni gözəl başa düşürəm. Sadəcə bir dəfə vaxtın olanda gəl ofisə ailələrin qovluqlarını sənə göstərim və həqiqətən necə lazımlı olduğumuzu daha yaxşı izah edə bilərəm. Əgər iş tapmaq rahat olsa ki olacaq mütləq o zaman hamı daha yaxşl olacaq. Universiteti bitirib iş tapa bilmirik deyə ümidsizləşirik. Kaş dövlət bu səsimizi eşidə.

      Reply
  4. Nəsimi

    Men bu dovletden nevaxtsa bas goturub gedecem…1 2 3 4 ile bilmirem ama qalan deyilem bu cehennemde…uni bitirenler ofsiantliq fehlelik saticiliq edir..hansisa cobanin oglu coban vezifede oturub milletin pulunu yeyir.

    Reply
    1. Elmir Valehli

      Nəsimi inan mənə səni çox gözəl başa düşürəm. Çətinliklərdən adam o qədər bezir ki…. Məncə getmək çıxış yolu deyil . Sən get mən gedim sonraa? Əsas inancımızı itirməyək. İl ildən fərqli gəlir. Hər imkanı dəyərləndirməliyik. Niyə yenilik biz eləməyək? Ümidimizi itirməyək. Hər şeyin zamanla daha da yaxşı olması üşün çalışaq. Dövlətin diqqətini bu məsələyə çəkənə qədər mübarizə aparaq…..

      Reply
  5. Pingback: Sosial “İŞ”-də, “İŞ” imkanları.(Məqalə) | Faig Abdullaev Official site

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Please wait...

Yeni bloq yazılarımıza abunə olun

E-mail ünvanınızı daxil edin və sosial yönümlü bloq yazılarımıza abunə olun. Fikirinizi bildirməkdən çəkinməyin. Sizin fikirləriniz, yanaşmanız bizim üçün qiymətlidir. Təşəkkürlər!!!
Skip to toolbar