Sosial iş nədir və nə deyildir?

Sosial işnən bağlı müxtəlif yanaşmalar vardır. Bir çox insanlar tanıyıram ki, onların sosial iş ilə bağlı beynində olan tərif və düşüncələr məni “heyran edir”. Sosial işlə bağlı indiyə kimi eşitdiyim tərifləri qısa olaraq yadımda qalanları bölüşəcəyəm: “sosial iş pensiya fondudur”,  “ahıllara xidmət edən bir sosial xidmətçi”, “insanların ilkin fiziki tələbatını ödəyən peşə”, “sosial işlərlə məşğul olan sahə” “sosal iş elə sosiologiyadır” və s. bu qəbildən sözləri sizdə eşitmiş olarsınız. Bugun ki, yazımda sosial iş nədir və nə deyildir haqqında yazacağam. Nə isə sualınız olarsa bloqa yaxud da email vasitəsi ilə əlaqə saxlaya bilərsiniz.

Sosial iş haqqında ilkin məlumat almaq üçün Sosial iş nədir və Sosial işçilər kimlərdir? və “Sosial “İŞ”-də, “İŞ” imkanları” adlı bloq yazılarımdan əldə edə bilərsiniz.

İlk öncə xüsusi olaraq bildirmək istəyirəm ki, cəmiyyətimizdə bir çox peşələr insanların sosial rifaharını yüksəltməyə, onlara dəstək olmağa xidmət edir. Müəllim məktəbdə uşaqlara ilk olaraq oxumaq və yazmağı öyrədir, insanlar xəstələnəndə, sağlamlığında problem olanda  həkim, yaxud da ruhi və psixoloji problemləri olan insanlara isə psixoloq və psixoterpevtlər yardım göstərirlər. Bəs bu sosial işçilər nə edirlər? niyə indiyə kimi sosial işçi anlayışı yox idi? niyə sosial iş peşəsi bu peşələrdən sonra meydana gəldi?

Sosial işin tarixi barədə yuxarıda etikətlənən bloqlarımda ətraflı məlumat verdiyim üçün vaxt itirmədən növbəti məsələyə keçirəm. Yoxulluq ucbatından məktəbə gedə bilməyən, məktəbə gedibdə müxtəlif problemlər ilə üzləşən uşaqaların problemi olanda, məktəbdən qaçanda, özünə xəsarət edəndə nə etmək lazımdır? Sağlıq problemləri olan ailəyə uşağa düzgün yolu, lazımı qaydaları kim versin? Bilirsiniz nə qədər ailə əlilliyin rəsmiləşdirilməsi qaydasını bilmir? Belə ailələrə kim dəstək olsun? və yaxud da  həyat yoldaşı həbsdə olan və uşaqları böyütməyə məcbur olan heç bir hüquq və azadlıqlarını bilməyən əlil uşaqları olan ailəyə kim kömək etsin? Belə cavab verə bilərsiniz ki, psixoloq kömək olsun. Xeyir bir şeyi unutmaq lazım deyil ki, psixoloq məhz fərd ilə işləyir və bir başa fərd ilə ünsiyyətdə olur, sosial işçi isə fərd və ailə icması, qonşular, qohumlar ilə iş aparır problemin həllinə onlarıda cəlb edir. Sosial işçi məhz belə anlarda əlaqələndirici olan şəxslərdəndir.

Tipik bir ailə gündəlik həyatında bir neçə problemlər ilə eyni anda üzləşir. Təbii ki, belə olan halda o, nə edəcəyini, hara və kimə müraciət edəcəyini bilmir. Məhz belə anlarda sosia işçi ilə əlaqə saxlamaq onun köməyindən istifadə etmək lazımdır. Sosial işçi səfər etdiyi ailənin hər bir fərdi üçün qayğı planı hazırlayır. Bu qayğı planında  ailənin, fərdlərinin ehtiyacları qeyd olunur. Yekunda isə vaxt qoyulur ki, kim? nə vaxt? hansı işi görməlidir. Vaxt aşırı isə sosial işçi və supervayzer tərəfindən monitorinq edilir. Bu haqda geniş yazmaq olar. Bunun özü ayrı bir mövzudur.

Bir sözlə sosial iş həm fərd, həm qruplar həm də dövlət siyasəti  sahəsəində fəaliyyət göstərə bilər. Sosial işi digər peşələrlə qarışdırmaq düzgün deyildir. Sosial işçi ailələrə, fərdlərə məhz peşəkər olaraq müdaxilə edir. Sosial iş xeyriyyəçilik deyil. Xeyriyyəçi insanları özündən asılı hala salır və ələ baxımlılığa öyrədir. Çünki ehtiyacı olan insanları düzgün qiymətləndirə bilmir. Sosial işçi isə  ailəni qiymətləndirir və ehtiyacını müəyyən edir və ailəni möhkəmləndirməyə çalşır ki, bir daha çətin vəziyyətə düşməsin və çətin vəziyyətə düşəndə də düzgün addım ata bilsin. Sosial işçilər sosiloq deyil.  Ancaq sosial probmlərin fərdə və cəmiyyəti təsirini öyrənir müşahidə edir və lazım gəldikdə isə müdaxilə edir. Sosial işçi psixoloq deyil.  Ancaq  klientin psixoloji halını ilkin müşahidə edib onda lazımi dəstəyi verə bilir və istiqamətləndirir. Sosial işçi iqtisadçı deyil. Ancaq iqtisadi göstəriciləri bilməli, böhran vəziyyətində ailəyə necə yardım olunması və gəlirin düzgün bölünməsində dəstək olan şəxsdir. Sosial işçilər hüquqşunas deyillər. Ancaq mütləq sosial hüquqlar dəqiq bilməlidir. Çünki ailə əlilliyin rəsmiləşdirilməsi, lazımı sənədlərin düzəldilməsi və s. hüquqlarını bilmir. Sosial işçi həkim deyil. Ancaq lazım olan gündəlik qarşılaşdığı xəstəliklər haqqında məlumatlı olmalıdır ki, ailəni düzgün istiqamətləndirə bilsin. Sosial işçi memar deyil. Ancaq əlilliyi olan şəxslərə bütün xidmətlər müyəssər olsun deyə pandusların düzgün ölçüləri haqqında məlumatı olmalı və lazımı orqanlara bildirməlidir.

Sosial işçi ailə ilə fərd, fərd ilə cəmiyyət, dövlət ilə fərd arasında  əlaqələndici rola malik olan şəxsdir. Sosial iş Azərbaycan da  çox sürətli inkişafa başladı ancaq təəssüflər olsun ki, sona qədər uğurlu olaraq getmədi. Çünki düzgün mexanizm qurulmadı. Sosial işçilərin bəziləri məcbur olub mühafizə, satıcı, fəhlə və s yerlərdə işləyirlər. Çünki hələki alternativ variantları yoxdur. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi  bu iş\ ciddi yanaşmalıdır. Bunun üçün isə ƏƏSMN ixtisaslı sosial işçi kadrları lazımdır.  Mən onu bilirəm ki, bu ixtisasa düzgün qiymətin verilməyinin vaxtı gəlib çatıb. Sonra gec olacaq. Bu qədər tələbələr təhsil alır və işsizlikdən əziyyət çəkirlərsə özləri necə başqa ailələrə kömək edəcəklər? Nə isə. Ümid edək ki, hər şey yaxşı olacaq.

 

 

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Please wait...

Yeni bloq yazılarımıza abunə olun

E-mail ünvanınızı daxil edin və sosial yönümlü bloq yazılarımıza abunə olun. Fikirinizi bildirməkdən çəkinməyin. Sizin fikirləriniz, yanaşmanız bizim üçün qiymətlidir. Təşəkkürlər!!!
Skip to toolbar