SİM uşaqların sosial reabilitasiyasının QHT-lərə həvalə edilməsinin mənfi və müsbət aspektləri.

Hər bir uşağın ailədə yaşamaq, təhsil almaq, bütün mövcud xidmətlərdən istifadə

etmək hüququ var. “Əlililiyi olan uşaq onun maksimum müstəqilliyi və inteqrasiyasını

təmin edən şəraitdə onun tam dəyərli və layiqli həyat sürməsinə kömək etmək üçün

xüsusi qayğı, təhsil və hazırlıq hüququna malikdir”. İcma Əsaslı Reabilitasiyanın

əsas xüsusiyyətlərindən biri odur ki, burada səhiyyə, təhsil, sosial sahələrin

nümayəndələri, əlaqədar hökumət qurumları, iş adamları, ailələr bir araya gələrək,

səylərini birləşdirir, əlilliyi olan insanlar üçün bərabər imkanların yaradılması, onların

cəmiyyətə inklüziyası istiqamətində birgə fəaliyyətlərə qoşulurlar.

Sağlamlıq imkanları məhdud uşaqların sosial reabilitasiyasının QHT-lərə həvalə

edilməsinin müsbət aspektləri: İcmada yerləşən səhiyyə, təhsil və sosial xidmətlər

bütün uşaqlar üçün müyəssər olmalıdır, yəni uşaqlar üçün maneəsiz mühitin

yaradılması üçün dövlət orqanları, yerli qeyri-hökümət təşkilatları və digər qurumlar

ilə mütəmadi iş aparılmalıdır. Bununla yanaşı, uşaqlar üçün müyəssər mühitin

yaradılmasına nail olmaq məqsədi ilə yerli sakinlər bu barədə məlumatlandırılmalı və

görülən işlərə cəlb edilməsinə şərait yaradılmalıdır. Azərbayacanda uşaqların hər

tərəfli inkişafına nail olmaq üçün ona sistemli yanaşmaq lazımdır. Reabilitasiya

prosesi tək uşaq üçün deyil ailə üçün əlverişli sistemdir. Sağlamlıq imkanları məhdud

uşaqların sosial reabilitasiyaya cəlb olunması və bu prosesdə QHT-lərin rolu olduqca

vacibdir. İlk öncə onu aydınlıq gətirmək istəyirəm ki, QHT-lərin məqsədi

cəmiyyətdə olan problemləri görüb, həlli yolunu tapıb dövlətə kömək edərək bir

yerdə uğurlu nəticə göstərməkdir. Təkcə əlilliyi olan uşaqların reabilitasiyası deyil,

digər sahələrin də QHT-lərə həvalə olunmalıdır. Çünki QHT yerlərdə, icmlarda

davamlı fəaliyyət göstərdiyi və uşaq inkişafı sahəsində səriştəli, peşəkar heyəti olduğu

üçün məqsədə uyğundur.

Sağlamlıq imkanları məhdud uşaqlara QHT-lər tərəfindn göstərilən ən sərfəli və

keyfiyyətli model İcma Əsaslı Reabilitasiyadır. Həm maliyyə həm də yerli özünü

idarə etmə orqanları ilə QHT-lər sıx əməkdaşlıq göstərərək ideal bir iş görürlər. İƏR-

in səmərəli həyata keçirilməsi bütün aidiyyatı olan qurumların – səhiyyə, sosial

xidmətlər, təhsil, QHT sektorunun sıx əməkdaşlığı lazımdır. Məslən əgər sosial işçi

tərəfindən əlil arabasına ehtiyacı olan və heç vaxt təhsilə cəlb olunmayan Serebral

İflicli(USİ) bir uşaq müəyyən edilibsə, bu uşağın probleminin həllinə həm təhsil, həm

səhiyyə həm də sosial işçilər cəlb edilir. 2 QHT isə burada əlaqələndirici rola malik

olur. QHT problemi görür, araşdırır, lazımi idarə etmə orqanları ilə əlaqə saxlayaraq

problemin həllində öz töhfəsini verir.

Sağlamlıq imkanları məhdud uşaqların sosial reabilitasiyasının QHT-lərə həvalə

edilməsi o demək deyilki bu iş yalnız QHT görməlidir. Təbii ki, QHT-lər üzərinə

düşən işləri yerinə yetirəcəkdir. Ancaq burada əsas məqam bütün bu işləri QHT-lər

məhz dövlətin büdcəsindən ayrılan vəsait hesabına həyata keçirirlər. Donor olaraq

ƏƏSMN bütün bu prosesləri monitorinq edə bilər. QHT və dövlət orqanları arasında

qarşılıqlı əlaqənin qurulması inkişafa təkan verən ünsürlərdir.

Sağlamlıq imkanları məhdud uşaqların sosial reabilitasiyasının QHT-lərə həvalə

edilməsinin daha bir müsbət tərəfi isə layihədə nəzərdə tutulmayan xərcləri

QHT-lər özləri əlavə maliyyə mənbələri taparaq lazım olan ehtiyaclara

yönəltməsidir. QHT-lər işlədiyi icmanın həm daxili həm də xarici resurslarını yaxşı

bilir. SİM məhdud uşaqlara lazım olan avadanlıqları, mərkəzin zəruri çatışmayan

ehtiyaclarını ödəmək üçün regionlarda fəaliyyət göstərən biznes qurumları ilə əlaqə

yaratmasıdır. Məqsəd isə həqiqətən həssas təbəqədən olan insanlara, sağlamlıq

imkanları məhdud olan uşaqlara və onların ailəsinə dəstək olmaqda dövlətimizə

kömək göstərməkdir.

Sağlamlıq imkanları məhdud uşaqların sosial reabilitasiyasının QHT-lərə həvalə

edilməsinin mənfi aspektləri: Təbii ki, yeni həyata keçirilən hər bir işdə

çatışmamazlıqlar olur. Ancaq bunu mənfi aspektlər deyə vurğulamaq düzgün olmazdı.

Bu çatışmamazlıqların yeni sosial sifariş verilən zaman müqayisə üçün göstərmək

lazımdır. Əsas çatışmamazlıqlar aşağıdakılardır:

Tenderə qalib gələn təşkilatın mərkəzin təlimləndirilmiş işçilərindən

istifadə etməməsi:

Eyni layihəyə növbəti il fərqli təşkilat qalib gəldikdə bir az çətinliklər yaşanır. Yeni

təşkilat əvvəlki işçilər ilə işi qaldığı yerdən davam etdirməlidir. Əks təqdirdə yeni

işçilərin cəlb olunması, təlimləndirilməsi və mövcud mühitə adaptasiyası əlavə vaxt

itkisidir.

Göstərilən sosial xidmətin davamlılığında yaranan çətinliklər:

Bütün problemlər həlli yolu vardır. SİM uşaqlar üçün mərkəz qur, işçi seç, təlimləndir

daha sonra SİM uşaqları cəlb elə və 9-cu ayda layihə bitdi deyə bütün fəaliyyət də

dayanır. Ola bilər ki daxildə və yaxud QHT ilə  hər hansı problem var ancaq ailələri

maraqlandırmır və maraqlandırmamalıdırda. Layihə davamlı olaraq icra olunmayanda

arada boşluq yaranır və həm uşaqlar həm də valideynlərdən bizə qarşı etinasızlıq,

inamsılıq hissi yaranır. Mən demirəm ki, bütün layihə hər il eyni QHT verilisin.

Bunun üçün xüsusi mexanizm lazımdır bu prosesi izləsin və idarə eləsin.

Təklif edirəm ki, layihənin müddəti 12 ay olsun və 12 aylıq layihənin artıq 10-cu

ayından etibarən yenidən tender elan olunsun. SİM uşaqlar və ailələri göstərilən sosial

xidmətin texniki problemlərinin qurbanı olmasın. Bu zaman ailələrin də bizə qarşı

olan inamını doğrultmuş olarıq.

İxtisaslı kadr çatışmazlığı – Regionlarda nəinki ixtisaslı hətta ali təhsilli

insanları tapmaq çox çətindir. Buna baxmayaraq seçilmiş işçilərə QHT

maxsimum təlimləndirməyə çalışır.

Sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyasının QHT-lərə həvalə

olunması və ƏƏSMN qarşılıqlı əməkdaşlığı və dəstəyi ilə ölkəmizdə bütün

xidmətlər müyəssər olacaqdır. Bütün bu işlərin yerinə yetirilməsi üçün hər kəs öz

üzərinə düşən məsuliyyəti vicdan ilə yerinə yetirlməlidir.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Please wait...

Yeni bloq yazılarımıza abunə olun

E-mail ünvanınızı daxil edin və sosial yönümlü bloq yazılarımıza abunə olun. Fikirinizi bildirməkdən çəkinməyin. Sizin fikirləriniz, yanaşmanız bizim üçün qiymətlidir. Təşəkkürlər!!!
Skip to toolbar