“Selfi ölümləri”

Uzun müddətdir ki, Selfi (ingilis dilində “self” – özü, özüm) haqqında yazmaq istəyirdim. Qismət bugünə imiş.  İlk baxışdan bizə çox sadə gəlir, “selfidir də” deyib keçirik. Əslində məsələ bu qədər sadə deyil. Təbii ki, insanın arabir selfi çəkməsi (məsələn, səyahət zamanı, təzə yerlərə gedəndə, məclislərdə, şənliklərdə və s. ) çox normaldır. Əvvəl çalışdığım iş yerinin binasından qız selfi çəkərkən diqqətsizlik ucbatından 9-cu mərtəbinin liftindən 1- ci mərtəbəyə yıxıldı. Sözü gedən hadisədən sonra bir qədər araşdırma elədim və həqiqətən tək Azərbaycanda deyil bütün dünyada bu ciddi problem olaraq qəbul edilirmiş.

Gündəlik xəbərləri izələsək tez-tez bədbəxt selfi hadisələrinin şahidi olarıq. Hətta işimizi rahatlaşdırmaq üçün selfi çubuğunu da kəşf elədilər. Xaricə səfər zamanı məndən qabaq sırada oturan qız 2 saat boyunca selfi ilə məşğul oldu. Mən həqiqətən şokda idim. Bu məncə psixi pozğunluqdur. Elə bil eyfariyada olurlar. Selfi zamanı bütün hər şeyi unudurlar.

Bəzi insanlar var ki, bunu həddən artıq tez-tez edir və bu da onlarda asılılıq yaradır – insan yeni və yeni şəkilləri çəkmək və internetdə paylaşmaq istəyir, bəyənmə “like” yığmaq istəyir və artıq dayana bilmir. Maraqlı, qeyri-adi şəkillər çəkmageək üçün bəzi insanlar özlərini təhlükə altına salır – hündürmərtəbəli binaların damlarının qıraqlarında, körpülərdə, hətta hərəkət edən qatarların damlarında selfi çəkir. Xaricdə selfi-dən asılılıq dəfələrlə ölümlərə və intiharlara səbəb olub. Bütün sadaladığım artıq zərərsiz hobbi deyil, bu psixiki pozulmanın yeni növü “selfimaniya”dır. Amerika psixiatrlar assosiasiyası “selfimaniya”nı psixiki pozulma kimi təsdiq edib.

Dünya statistikasına görə selfi çəkənlər 14-32 yaş arasında dəyişir. Həmin statistikaya görə 21 yaşlı gənclər (27%)  digərlərinə görə daha çox selfi çəkərkən həyatını itirib. Daha ətraflı məlumat üçün şəkilə diqqət edin. Sizcə selfi çəkərkən ölən insanlar hansı ölkənin vətəndaşıdırlar? Diqqət edin1) Hindistan 2) Rusiya 3) ABŞ 4) İspanya

Selfi çəkənlər daha çox hündürlükdə, dənizdə və qatar yolunda selfi çəkmək istəyəndə ölüblər. Növbəti statistikaya görə isə selfi zamanı ölənlərin 75% kişilər, 25% qadınlardır. 

Bu yazının məqsədi odur ki, selfi çəkərkən daha diqqətli olaq. Ani bir diqqətsizlik bizim həyatımıza səbəb ola bilər. Pozitiv olaq və xoş selfilər Sizə.

 

 

1 Comment

  1. rezale

    Tesekkurler did size ne deyesen

    Reply

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Please wait...

Yeni bloq yazılarımıza abunə olun

E-mail ünvanınızı daxil edin və sosial yönümlü bloq yazılarımıza abunə olun. Fikirinizi bildirməkdən çəkinməyin. Sizin fikirləriniz, yanaşmanız bizim üçün qiymətlidir. Təşəkkürlər!!!
Skip to toolbar