Rus yoxsa Azərbaycan bölməsi ?!

Uşaqları məktəbə göndərmək vaxtı gəlib çatanda  ailələr təlaşa düşürlər və “Görəsən, uşağımızı Rus yoxsa Azərbaycan bölməsinə göndərək?” deyə düşünürlər. Bəzi valideynlər qohumdan, dost-tanışdan, bəziləri isə müəllimlərdən və s. adamlardan məsləhət alırlar. Əgər bir valideyn bu qədər araşdırırsa deməli həqiqətən dilemma arasında qalıb və iki yoldan birini seçməlidir. Əslində validenlərin belə düşünmələri sevindirici haldır. Çünki uşaqlarının həqiqətən yüksək keyfiyyətli təhsil alamağını arzulayırlar.

Rus və Azərbaycan bölməsinə ölkəmizdə müxtəlif yanaşmalar mövcuddur. Bəzi insanlar sırf milliyətçi yönündən məsələyə yanaşaraq, biz mütləq Azərbaycan dilində təhsil almalıyıq, bəziləri isə yüksək keyfiyyətli təhsil üçün Rus dilində təhsil almağın vacib olduğunu düşünür. Mən bloq yazımda nə yazıramsa hamısı öz şəxsi müşahidələrim və araşdırmalarım əsasında yazıram. Heç kimdən oğurlamayaraq, öz fikirlərimi sizlərlə bölüşürəm. Bu bloq yazımda da elə olacaq.

Mən də Azərbaycan bölməsində təhsil almışam. Məktəb vaxtı biz Rus bölməsinin uşaqlarına birtəhər yanaşırdıq. Onlar ilə çox az ünsiyyət qurmağa çalışırdıq. Çünki, Rus sektoru çox da qaynayıb qarışmırdı. Bəlkə də onlar da bizə yuxarıdan aşağı baxırdı və sadəcə biz  hiss eləmirdik. Zamanla təbii ki, yanaşmalar dəyişdi. İnsanların bir-biri ilə anlaşmaları üçün mütləq müzakirələr aparmaq lazımdır. Mən iş həyatımda bunun daha yaxşı şahidi oldum. Rus dilində oxumaq məncə üstünlükdür. Nə üçün?

1. Çünki Azərbaycan bölməsinin təhsilindən daha keyfiyyətlidir.

2. Fərqli dünya görüşünə malik olurlar.

3. Daha çox ədəbiyyata çıxışları var. Məsələn bir mövzunu biz Azərbaycan dilində çətinliklə tapırıqsa, Rus bölməsində 2-3 seçim şansları var.

4. Daha sərbəst olurlar. Bu da gələcəkdə iş və şəxsi həyat seçimində çox böyük kömək olur.

Bu o demək deyil ki, Azərbyacan bölməsində təshil alanlar zəifdirlər. Tanıdığım çox dostlarım var  ki,  özlərini çox inkişaf etdiriblər.  Sadəcə məktəbdə düzgün təhsil sistemi qurulmayıb. Mən çox əziyyətlə əgər buna uğur demək olarsa, azda olsa  nə isə əldə etmişəm. Ancaq buna mənim daxili istəyim və ətrafımdakı insanların böyük təsiri olub.

Məsələyə əslində təcrübəmə əsaslanıb yanaşıram. UAFA təşkilatında  fəaliyyət göstərdiyim illərdə uşaq bağçalarında  təlimlərə gedib, həm uşaqlar həm müəllimlər həm də valideynlər ilə görüşlər keçirirdik. Sizi inandırım rayonlarda belə Rus bölməsinin təhsil fərqi bağçadan belə hiss olunurdu. Valisosial brendinqdeynlər bizi daha yaxşı başa düşür və nə demək istədiyimizi tez anlayırdılar. Uşaqlar daha ağıllı suallar verirdilər. Onu xüsusi qeyd edim ki,  bütün təlim və seminarlar bölmədən asılı olmayaraq Azərbaycan dilində keçirildi. Biz iş yoldaşlarımız ilə təlimlərdən sonra müzakirələr etdik və həqiqətən ciddi fərqlərin olmağı bizi çox narahat etdi. Mən bunu ayrıseçkilik yaratmaq üçün yazmıram. Mən qeyd etmək istərdim ki, Azərbaycan bölməsinin təhsili qat-qat yaxşıdır. Ancaq təhsilimizin üzərində böyük işlər, islahatlar aparılmalıdır. 

Məsələyə məntiqi yanaşıb düşünsək görərik ki, əgər bağçadan belə Rus bölməsinin təhsili nəzərə çarpacaq dərəcədə hiss olunursa deməli bizim ona ehtiyacımız var. Azərbaycan dillində keyfiyyətli tərcümə, dərsliklərin keyfiyyəti və sayı artanda  o zaman biz bu məsələyə fərqli yanaşa bilərik. Mənim də arzum odur ki, Azərbaycan  bölməsində təhsilin keyfiyyəti yüksək olsun. Əgər bugün bu mövzuda yazıramsa deməli məni də ciddi narahat edən məqamlar var.

Ancaq bu o demək deyil ki,  sən hər yerdə Rus dilində danışmalısan və sənə sual veriləndə də Rus dilində cavab verməlisən. Əgər Azərbaycanda yaşayırsansa mütləq birinci növbədə dili mükəmməl bilməliyik. Rus dilində danışmaq elitar olmaq deyil inanın mənə. Ciddi olaraq qeyd edirəm, restoranarda, mağazalarda və s. yerlərdə Rus dilində cavab verəndə qıcıq oluram. Rus bölməsində oxuyanlar üçün Azərbaycan dilinin tədrisinin keyfiyyətini artırmaq lazımdır. Unutmaq lazım deyil ki, dövlət dilimiz Azərbaycan dilidir. Mən sadəcə təhsildə olan problemimizin bir qismini qeydə aldım. Ancaq arzum odur ki, yaxın gələcəkdə Azərbaycan bölməsinində təhsilini keyfiyyəti yüksəlsin.  Rus dilini bilmək üstünlükdür. Ancaq ümüumi danışıq dilimiz Azərbaycan dilidir. Şəhərdə öz aralarında   İngilis, Rus dilində sırf lovğalıq xatirinə, özünü göstərmək üçün danışan gəncləri görəndə sadəcə utanıram. Sadəcə özlərinin nümayiş etdirmək, kiməsə göstərmək üçün edirlər. Əvvəlki illərə baxanda  Azərbaycan dilində ünsiyyət quranların sayı daha da artıb. Zaman keçdikcə daha da düzələcəyinə inanıram.

Mən səmimi olaraq qeyd edirəm ki , uşağım olana qədər  təhsilin keyfiyyəti “qara gündə” olarsa övladlarımı düşünmədən  Rus bölməsinə göndərəcəyəm. Ancaq ümid edirəm ki, o vaxta qədər təhsilimizin keyfiyyəti yüksələcəkdir. Təhsilimiz bərbad ola bilər. Ancaq satışda yaxşı kitablar özümüzü hər halda inkişaf etdirə bilərik.  Burada tək Təhsil Nazirliyinin yox hamımızın üzərinə böyük işlər düşür. Mən inanıram ki, getdikcə hər şey daha yaxşı olacaq, Sizdə buna inanın və müvafiq addımları atın. Səbrlə axıra qədər  oxuduğunuz üzün çox sağolun .

 

4 Comments

  1. Farhad Mammadli

    Hormetli admin, “Şəhərdə öz aralarında İngilis, Rus dilində danışan gəncləri görəndə sadəcə utanıram.” deyirsiniz. Bura kimi yaxshi gelmishdiniz. Amma belke kimse o dili yenice oyrenir ve aydindir ki dili yaxshi oyrenmek ve unutmamaq uchun o dilde danishmaq lazimdir. Chox yanlish arqumentdir!

    Reply
    1. Profile photo of Elmir ValehliElmir Valehli (Post author)

      Fikirlərinizi bildirdiyiniz üçün çox sağolun. Bəli ola bilsin ki düzgün sözlərdən istifadə eləmədim. Ancaq sırf həmin dillərdə danışanları və Azərbaycan dilindən istifadə eləməyənləri nəzərdə tuturdum. Bir daha təşəkkür edirəm ki, qeyd elədiniz. Ümid varam düzgün izah eliyə bildim. Təşəkkürlər

      Reply
      1. KHANIM

        Duzu utanmag sozu tesir etdi men de rus dilliyem.caliwdigim geder oz dilimzde de danwram.amma fikirini duzgun ifade etmek ucun en yaxwi bildiyin dilde daniwmalisan gerek.o ki qaldi rus dilini bombaliq xetrine danwmag onu bizim adlandirdigimi SONRADAN GOREN CUWKALAR ozlerini testiq etmekden ele edirler.delayut vid karoce)

        Reply
        1. Profile photo of Elmir ValehliElmir Valehli (Post author)

          Xanim öz dilimizdə fikri ifadə etmək üçün öz dilimizdə ədəbiyyat oxumaq lazımdır. Mən əsl o sözü sizin dediyiniz kimi rus dilində danışanlara demişem. Fikrinizi bildiriniyiz üçün təşəkkür edirəm)

          Reply

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Please wait...

Yeni bloq yazılarımıza abunə olun

E-mail ünvanınızı daxil edin və sosial yönümlü bloq yazılarımıza abunə olun. Fikirinizi bildirməkdən çəkinməyin. Sizin fikirləriniz, yanaşmanız bizim üçün qiymətlidir. Təşəkkürlər!!!
Skip to toolbar