Pandus Problemi

Vaxt aşırı əlilliyi olan dostumuz Sülhanə Bayramova ilə şəhərə, müxtəlif parklara gedib gəzirik, necə deyərlər havamızı dəyişib, istirahət etməyə çalışırıq. Söz yerinə çəkər təxminən ötən ilin sentyabr ayında havanın soyuq və Sülhanəgilin evinə yaxın olduğu düşünüb qərara gəldik ki, bu dəfə “Köhnə Musabekov” parkına gedək. Parkda olan kafede çay içmək üçün Emin Məmmədov ilə çətinliklə Sülhanəni aşağıya düşürdə bildik.(Videoya diqqət) Niyə bilisiniz? Çünki parkda pandus ümumiyyətlə yoxdur. Artıq 1 il keçib və bu parkda hələdə pandus yoxdur. Şəhərin müxtəlif yerlərində olan pandusların ölçüsü düzgün deyil. Keçidlərə diqqət eləsiniz heç tipik insanlar mövcud panduslardan istifadə edə bilməzlər. Çünki pandusların ölçüsü 45 dərəcədir. Əslində isə ideal pandusun ölcüsü 5-7 dərəcə arası, xüsusi hallarda isə 8 dərəcə olmalıdır. Düşünün hal-hazırda mövcud olan panduslar nəyə lazımdır? Sadəcə bizdə də bu var demək üçündür. Digər sahələrdə olduğu kimi infrastruktur baxımından uyğunluq yaradaq bəsimizdir. Ancaq işin keyfiyyəti, necə xidmət olunacağı isə vacib deyil.

Bugün uzun müddətdir haqqında danışılan, vədlər verilib yerinə yetirilməyən, bir sözlə öz həllini tapmayan məsələ pandus problemindən yazacağam. Baxmayaraq ki, bu qədər maarifləndirmə işləri aparılır ancaq təəssüflər olsunki, xeyri yoxdur. Düzdür 5 il bundan öncəsi ilə müqayisə eləsək heç olmasa maketi var və bəzi yerlərdə ideal şəkildə panduslar quraşdırılıb.

Bəs görəsən pandus nədir? Əhali arasında sorğu keçirsək çox az adamın bu haqda məlumatı olduğunu görərik. Düzdür mən sorğu keçirtməmişəm ancaq öz ətrafımda sosial sfreadan uzaq olan adamların verdiyi suallardan və yanaşmalarından belə qərara gəldim.

Pandus(maili keçid) – əlil arabasından istifadə edən insanların hərəkətini asanlaşdırmaq üçün olan vasitədir. Pilləli yerlərdə əlilliyi olan insanların istifadəsi üçün maili hərəkət zolağı nəzərdə tutulmalıdır. Dünyanın çox yerində bu problem öz həllini tapıb. Təəssüflər olsun ki, Azərbaycanda hələ də problemlər var. Ümid edək ki, növbəti aylarda, illərdə tamamilə bu problem öz həllini tapacaq.

Yadıma bir hadisə düşdü. Ötən il avtovağzala gedirdim, 3-cü mərtəbəyə düşəndə pandus gördüm və pandusun ölçüləri və s diger göstəriciləri ideal formada idi. Mühafizəçiyə dedim ki, nə yaxşı panduslardır, ən azı bunu düşünüblər. Mənə dediki, “Bəli müəllim, yaxşı panduslardır, yük daşıyanların işini yüngülləşdirir”. Düzdür mən pis oldum belə cavab eşidəndə ancaq şükür eləmək lazımıdır ki, ən azı pandus var və əlilliyi olan dostlarımız rahat şəkildə bundan istifadə edə biləcəklər. Hər bloq yazısının sonunda olduğu kimi hər kəsə öz iş və şəxsi həyatında uğurlar arzu edirəm!!!!

 

 

 

3 Comments

  1. Sevincli Dünya

    Mövzu və düşüncən üçün təşəkkürlər, Elmir.
    Yeni saytın da mübarək. Uğurlar diləyirəm!

    Reply
    1. Profile photo of Elmir ValehliElmir Valehli (Post author)

      Təşəkkür edirəm! Çox sağ olun. Sizədə yeni yazılarınızda və işlərinizdə uğurlar arzu edirəm.

      Reply
  2. Sevincli Düya

    Çox sağ ol, Elmir. Yazını necə bəyənim bilmədim amma?

    Reply

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Please wait...

Yeni bloq yazılarımıza abunə olun

E-mail ünvanınızı daxil edin və sosial yönümlü bloq yazılarımıza abunə olun. Fikirinizi bildirməkdən çəkinməyin. Sizin fikirləriniz, yanaşmanız bizim üçün qiymətlidir. Təşəkkürlər!!!
Skip to toolbar