Niyə özünü motivasiya etmək vacibdir?!

Bəzən ağlımıza maraqlı bir ideya gəlir. Daxilən coşub-daşırıq, emosiyalarımızı idarə edə bilmirik və çox həyəcan keçiririk. Ancaq üstündən 2 saat yaxud bir neçə gün keçir elə bil həmin hissləri yaşayan o şəxs deyilik. Nə oldu axı görəsən nə baş verdi ki, biz bu qədər solğunlaşdıq, ümidsizliyə düçar olduq.
Mənim də başıma bir neçə dəfə belə hadisələr gəldiyi üçün özümdən nümünə yazacağam. İdeal hesab etiyimiz ideyamızı yaxın dostlarımız, iş yoldaşlarımız, ailələrimiz ilə paylaşırıq. Nəticədə isə çox az adam bizə dəstək olur. O az adam təəssüflər olsun ki, kənar şəxslər olur. Bizə “sən bunu bacarmazsan”, “başqa işin yoxdur?” “vergi sənə imkan verməz”, “yaşın azdır” və s. bu qəbildən sözləri ilə  gözəl və yaradıcı ideyalarımızı hələ doğmadan öldürürlər.

Belə anlarda sadəcə özümüz özümüzü motivasiya etməyi bacarmalıyıq. Niyə bilirsiniz?  Çünki ideyanın reallaşacağına biz inanırıq axı bu bizim fikrimizdir. Deməli düzgün vaxtda həmin ideyanı reallaşdıra bilərik. Bizim inandığımız şeylər biz inanırıq deyə mütləq olacaq. Başqası isə ona inanmır. Bizim o ideya haqqında olan düşüncələrimizi, hisslərimizi anlaya bilməz. Bu bilirsiniz nəyə bənzəyir. Təsəvvür edin sizin bir insandan xoşunuz gəlir və kənardan biri gəlib deyir ki, sənə yaraşmır, və yaxud sən daha yaxşılarına layiqsən. Heç kim sənin nə hiss etdiyini  soruşmur. Ancaq təbii ki, sən özün öz hislərini bilirsən ona görədə öz fikrindən dönməməlisən. Yadımdan çıxıb kimin sözüdür amma çox gözəl deyib “Daşı deşən suyun gücü deyil, davamlılığıdır”. Yəni ki, bir iş alınmayanda bezmək lazım deyil. Mütləq başqa yolunu tapmaq lazımdır. Biz istəyən olana qədər mübarizə aparmalıyıq.

Bugün özünü motivasiya etmək haqqında yazacağam. Özünü motivasiya etməyin yolları haqqında başqa bir yazıda vurğulayacağam. Onsuz hər bir insan fərdi olduğu üçün hərənin özünə uyğun bir motivaiya yolu vardır.

Bizim cəmiyyətdə isə işimiz həqiqətən çətindir. Çünki çox az ailə övladının fikrinə dəstək olur. Ailə, dost, tanış, NƏTİCƏ görməyənə qədər inanmırlar. Nəticə əldə olandan sonra artıq bizə  o dəstək lazım olmayacaq. Bir-birimizi qiymətləndirməyi bacarmalıyıq. Çox xahiş edirəm ətrafınızda olan dostlarınızın, ailə üzvlərinizin və s. digər insanların uğurlarını qiymətləndirin. Həmin insanların o an həqiqətən o motivasiyaya ehtiyyacı olur. İnsan nə qədər paxıl olarsa bir o qədər də işləri uğursuz olar.

Ümumiyyətlə uşağın kiçik bir uğurunda belə valideynlər “sən çox böyük və çətin bir işin öhdəsindən gəldin səninlə fəxr edirik” deyərsə inanın mənə övladına sadəcə müsbət bir motivasiya vermiş olar və gələcək uğurların təməli qoyular. Motivasiya dedikdə hamının ağlına pul, şirnikləndirici nəsə gəlir. Ama kiçik bir tərif, görüləcək işə əlavə nəsihətlər vermək şəxsən mənim üçün çox önəmlidir.

Kim necə istəyir düşünsün. Mənim beynimdə özüm üçün cızdığım bir yolum var. Və o yolla gedirəm. Bu yol çətindir, keşməkeşlidir ancaq mənim yolumdur. İnandığım və istədiyim üçün  ideyalarımı mütləq həyata keçirəcəyəm. Özümü indiki olduğum mövqeyimlə deyil, gələcəkdəki olmaq istədiyim və olacağım mövqeyimlə qiymətləndirirəm.

Mənim yaşda birisinin sizə bunları belə edin, elə edin, deməyi düzgün deyil. Sadəcə öz daxili hisslərimi sizinlə paylaşıram. Burda bizdən başqa kim var? Rahat olun. Sizdə özünüzə düzgün qiyməti verin. Mən onu dəqiq deyə bilərəm ki, özümüzə hörmət etməsək, qiymət verməsək başqasıda bizə qiymət verməyəcək. Ona görə də içinizdəki öz olmaq istədiyiniz insanı tapın. Öz yolunuz ilə gedin. Ola bilər ki, bu yol düzgün deyil. Ən azı özümüz bu yolu seçdik BAŞQALARI yox.  Əziz və gözəl dostlarım hər birinizə hər bloq yazımda olduğu kimi iş və şəxsi həyatınızda uğurlar arzu edirəm.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Please wait...

Yeni bloq yazılarımıza abunə olun

E-mail ünvanınızı daxil edin və sosial yönümlü bloq yazılarımıza abunə olun. Fikirinizi bildirməkdən çəkinməyin. Sizin fikirləriniz, yanaşmanız bizim üçün qiymətlidir. Təşəkkürlər!!!
Skip to toolbar