Online Zorakılıq

Bəlkə də çox insan ilk dəfədir ki, Online zorakılıq  termini ilə  rastlaşır. Ancaq biz istəməsək də, bilməsək də, uşaqlarımız hətta yetkin insanlar da online zorakılığın qurbanına çevrilə bilirlər. Gündəlik həyatımızda demək olar ki, hamı müxtəlif online oyunlar, elektron poçt, whatsapp, skype, facebook, instagram və s. sosial şəbəkələrdən istifadə edir və günümüzün çox hissəsini orada oluruq. Hər gün  çoxlu informasiya qəbul edir, yeniliklər ilə tanış oluruq. Bəyəndiyimiz maraqlı informasiya, video olanda isə öz dostlarımızla paylaşırıq. Ancaq biz bilməsək də, paylaşdığımız informasiya ətrafımızdakılar üçün zərərli ola bilər. Məs: Ata qızını zorladı, oğul ananı öldürdü, 5 azn görə bir-birini bıçaqladılar və s. və ilaxır. Belə informasyaların görüntüləri bəzi insanlara çox mənfi təsir edir. Mənim tanıdıqım insanlar var ki, belə xəbərləri izlədikdən sonra hətta depresiya düşüblər. Təbii ki, biz bunun qarşısını ala bilmərik. Ancaq  tövsiyə edirəm ki, zorakılıq olan video görüntüləri , şəkilləri ümumiyyətlə paylaşmayın.

Mənim bu mövzuya əsas toxunmaq səbəbim isə zorakılığa aid olan xəbərlərin daha çox uşaqlara və yeniyetmə gənclərə mənfi təsir göstərməsidir. Sual ola bilər ki uşaqlar interneti nə görür ancaq oyun oynayırlar. Bəli razıyam. Elə oyun zamanı olur nə olursa. Demək olar ki, oyunların çoxu məhz zorakılığa aiddir. Vur, öldür, başını kəs, tələyə sal, bunların hamısını həyata keçirəndən sonra sən növbəti səviyəyə(level) keçirsən. Uşaq özünü qəhrəman hiss edir. Ondan sonra  bu elədiklərini 2 qat eləmək lazımdır. Oyun deyib keçməyin uşaqların şüur altında qalır gün gələr özü də bilmədən zorakılıq edə bilər.

Oyun mövzsunda çox danışmaq olar. Ancaq televiziyadan izlənən cizgi filmlərində uşaqlara böyük təsiri var. 3 yaşından yuxarı uşaqların əlinə valideynləri planşeti verirler ki, ağlamasın rahat olsun. Ancaq bu düzgün yanaşma deyil. Bu haqda ayrıca “Texnoloji vasitələr uşaq susdurmaq alətidir?” adlı bloqdan  oxuya bilərsiniz. Uşaq planşetdə TV-də baxdığı cizgi filmlərə baxır. Bu həm uşağa həm də ailəyə ziyandır. Uşağa mənəvi təsir və gözlərinin zəifliyinə görə, ailəyə isə maddi baxımdan zərər verir. Qısaca misal deyim. İş yoldaşlarımın uşaqları  cizgi filmə baxandan sonra “ana mənə monster high, spanc bob, ben10”  al deyir.   Hər birinin də ayrı ayrı qiymətləri bahadır. Evdə 2 uşaq oldu qiymətlər 2-yə vurulur. Demirəm ki, uşaqlar baxmasın baxsın sadəcə heç olmasa onlara mənəvi dəstək olacaq, zoraqkılıqdan uzaq olan cizgi filmlərə baxmağa şərait yaradın.

Hamımız öz profilimizdə nəsə məlumat paylaşanda unutmayaq ki, bizdən başqa insanlar, uşaqlar da baxa bilərlər. İnsanlara mənəvi mənfi təsir göstərəcək videoları, şəkilləri paylaşmayaq. İnsana uğur gətirən, pozitiv təsir edən maraqlı məlumatları və videyoları paylaşmaq ilə həm özümüzə həm də ətrafmızdakılara  xoş ovqat bəxş edə bilərik .

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Please wait...

Yeni bloq yazılarımıza abunə olun

E-mail ünvanınızı daxil edin və sosial yönümlü bloq yazılarımıza abunə olun. Fikirinizi bildirməkdən çəkinməyin. Sizin fikirləriniz, yanaşmanız bizim üçün qiymətlidir. Təşəkkürlər!!!
Skip to toolbar