“Ölkədən getmək istəyirəm”

Gənc dostlarımla söhbət edərkən adam ölkədən getmək istəyir. Kimi görsən çıxış yolunu  ölkədən getməkdə görür. İş tapa bilmir, iş qura bilmir, sevgilisi aldadır, valideynləri başa düşmür və s hərənin özünə görə mütləq bir səbəbi var ki, ölkəni tərk eləsin.  Yəni həqiqətən bu qədər asandır görəsən ölkəni tərk eləmək. Bir ara məndə düşünürdüm ki, gedəcəm buralardan. Xaricdə şanslar daha çoxdur. Ancaq son vaxtlar tez-tez xarici işguzar səfərlərdə oldum.  Nə qədər gözəl maraqlı olsada MƏNƏ GÖRƏ ölkəmin yerini vermir.  Ruminyada olanda  1 həftə ancaq ingilis dilində danışırdıq çünki tək ortaq dilimiz odur. Ancaq  geri dönərkən hava limanında  türk dilində danışan insan gördüm və sözün əsl mənasında ürəyim kövrəldi.  Çünki həqiqətən dilimiz torpağımız üçün darıxmışdıq. Bəziləri bunu deməydən utanır vallah mən darıxdım.

Mən burada yalnız öz fikirlərimi yazıram. Ola bilər ki, sizə görə fərqlidir.  Ancaq dostlar 5 barmağın 5-i də bir deyil. Xaricə getmək, gəzmək, yeni insanlar və yeni yerlər görmək dünya görüşünü artırmaq bunlar ən yadda qalan günlərimiz olacaqdır. Hamıya məsləhət edirəm ki, gəzəməyə oxumağa getsin mütləq. Bir dəfəlik ölkədən getmək bunu ancaq çox güclü  yaxud da həqiqətən ətrafından sıxılan  adamlar bacarar. Yuxarıda qeyd elədim hərənin özünə görə səbəbi var. Ən çox insanlar işsizlikdən şikayət edir. Və mən onlar ilə tam razıyam. Ancaq bu o demək deyil ki,  iş yoxdur. Sizi inandırım çox çalışsaq özümüzə uyğun iş tapa bilərik. Buna sadəcə zaman, enerji və hərəkət lazımdı. Yerimizdə oturub iş yoxdur demək düzgün deyil. Özümüzə uyğun kitablar oxuyub, yerli və beynəlxalq təlimlərdə iştirak edib, təhsilimizi artırmaq və paralel olaraq işləmək lazımdır. HOST demişkən təhsil bərbad gündə olsada satışda yaxşı kitablar var, özünüzü inkişaf etdirin.  Bir az da mühitə uyğun hərəkət etmək lazımdır. Bu o demək deyil ki, rüşvət alın və s. Sadəcə düzgün siyasət, yanaşma ilə insanlara təsir etmək mümkündür.

Kamplarda, təlimlərdə kimdən soruşsan ölkədən getmək istəyir. Tutaq ki hamı çıxdı getdi ölkədən. Gedəcəyimiz yerdə hər şeyin ürəyinizcə olacağına əminsiniz? Uşaqlıq xatirələrini uşaqlıq dostlarının yanında başqasına danışmağın ayrı ləzzəti var mənim üçün.

Deməyin ki, oxuyub qayıdıb ölkə üçün nəsə edəcəyik. Çox az insanlar bunu edir. Xaricdə təhsil alıb gələnlər maaşda və s şeylərdə razı olmurlar, mühitə uyğunlaşa bilmiyib qayıdırlar oxuduqları yerə. Başa düşürəm maaş yüksək olmalıdı. Ancaq hər şey pul deyil axı. Bəzi şeylər var ki, könüllü və yaxud qismən az maaşla etmək lazımdır.

Rayonlarda, ucqar kənd məktəblərində və universitetlərdə təhsil alan şagird və tələbələri kim stimullaşdıracaq ? Kim onların qoca ancaq boş-boş yazılar yazdıran müəllimlərin əlindən qurtaracaq ? Kim onlara düzgün ünsiyyət qurmağı, insanlara kömək etməyi, yalnız öz cibini düşünməməyi, ətrafımızdakı insanların əslində bizim həyatımız üçün yararlı insanlar olduqlarını izah edəcək? Xeyir bu təkcə müəllimlərin işi deyil. Hər birimizin işidir. Bügun cəmiyyətdə sözünü deyə bilən hər kəsin borcudur. 

Türkiyədə İzgörən Akademiyası (Ahmet Şerif İzgörənin) inanılmaz layihələr edirlər. Könüllü olaraq internat evlərinə, həbsxanalara gedib insanlara dürüstlük, düzgün ünsiyyət qurmaq və s mövzularda təlimlər verirlər.

Hə siz deyirsiniz nə olsun guya mənim onu etməyim heç nəyi dəyişməyəcək. Ancaq elə deyil  “Sərçə məsələni” yada salın. Hamı öz üzərinə düşəni eləsə 1, 2 dənə də olsa gəncimiz məhv olmaqdan bəlkə də xilas edə bilər.

Mənim ölkədə qalmaq üçün səbəbim getmək üçün olan səbəblərdən  çoxdur. Əminəm sizində səbəbiniz çoxdur. Getmək istəyənləri başa düşürəm. Mən sadəcə öz fikirlərimi mənə aid olan hissləri paylaşdım. Hər kəsə öz həyatında işində harda olmasından asılıolmayaraq uğurlar arzu edirəm .

4 Comments

  1. sevinclidunya

    Lap bir şeir yadıma düşdü:
    Getmək istəyirsən, bəhanəsiz get…
    Bəli, Elmir, həqiqətən bu bəhanələrlə xaricdə üzləşməyəcəyin böyük bir sual altındadır. Bu gün sənin kimi düşüncəli bir gəncin olması üçün yenidən fəxr etdim. ALLAH qorusun səni, həmişə bu ruhda qal☺️

    Reply
  2. Elmir Valehli

    Təşəkkürlər sizin kimi insanlar həmişə bele qiymətlədirdiyiniz üçün))
    Hə əla şeirdir ))

    Reply
  3. Minaya

    Həqiqətəndə çox gözəl mövzuya toxunmusuz.O qədər insan tanıyıramki ölkədən çıxıb getmək istəyən,gedib qayıtmayan məncədə bu düzgün həll yolu deyil.Mən Azərbaycan Müəllimlər İnstitutunda sosial iş ixtisası üzrə təhsil alıram.Hamı mənə deyirki oxuyub qurtarıb neyniyəcəysən burda nə iş tapacaqsan.Belə baxanda düz deyirlər amma mən bu ixtisası sırf pul qazanmaq üçün yox ölkəmdə köməyə ehtiyacı olanlara bacardığım qədər kömək etmək üçün seçmişəm.Heç vaxt da ölkədən çıxıb getmək barədə düşünməmişəm ən azında hər televiziyada görürükki heç bir ölkədə bizim ölkəmizdəki kimi yaşayış yoxdur hər nə qədər qaçqın və məcburi köçkünlərimiz olsada..Ümid eliyirəmki zamanla hamı başa düşəcəkki ölkədən getmək çıxış yolu deyil.

    Çox sağolunki belə aktual mövzulara toxunursuz..

    Reply
    1. Profile photo of Elmir ValehliElmir Valehli (Post author)

      Təşəkkürlər münasibət bildirdiyiniz üçün məndə sizinlə razıyam. Həmişə alternativ variantlar vardır. Önəmli olan düzgün çıxış yolunu tapmaqdır.

      Reply

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Please wait...

Yeni bloq yazılarımıza abunə olun

E-mail ünvanınızı daxil edin və sosial yönümlü bloq yazılarımıza abunə olun. Fikirinizi bildirməkdən çəkinməyin. Sizin fikirləriniz, yanaşmanız bizim üçün qiymətlidir. Təşəkkürlər!!!
Skip to toolbar