Niyə bloq yazıram?

Sözün düzü bu sualı tez-tez eşidirəm. Kimsə bloq yazımı görəndə, oxuyanda   və yazılara mövzulara baxanda deyir ki, axı sənin nəyinə lazımdır. Bloq yazmaq sənə nə verir? Sən bundan pul qazana bilirsənmi? və s bu tipli suallar ilə qarşılaşıram.

Onu dəqiq bilirəm ki, həyatda hər şeyə pul kimi baxanlar ömür boyu kiminsə əsiri olaraq qalacaqlar. Bizim gözəl millətimizdə var elə şeylər. Yeni ideyan olanda, təzə bir işə qəbul olanda  deyirlər ki, “nəsə var?” Yalnız orta statistik azərbaycanlı  onun mənasını anlaya bilər.

Səmimi olaraq qeyd edimki, mən məktəbdə imla, inşa universitetdə esse yazmağı sevmirdim. Arada özümə də maraqlıdır ki, nəsə yazıram . Ama onu bilirəm ki, bloq yazmaq mənə müsbət təsir edir.

Niyə bloq yazıram ? Ona görə ki: 

  1. Bloq yazmaq məni ilk öncə mənəvi olaraq  rahatlaşdırır.  Həmin an keçirdiyim hissləri, duyğuları olduğu kimi yazıram. 
  2. Özümü inkişaf etdirirəm. Bəli, bəli düz eşitdiniz, özümü inkişaf etdirirəm. Hər dəfə bloq yazanda özümü daha məsluliyyətli hiss edirəm. İşimlə və yaxud sosial məsələlər ilə bağlı yazanda çox araşdırmalar aparır yeni biliklər əldə edirəm.
  3. İşim üçün yazıram – İş  həyatıma müsbət təsir edir.  Sosial iş və keçdiyim təlim mövzularına görə daha çox tanınıram və sifarişlər əldə edirəm. Sosial işə aid yazılı mənbələr bizim dilimizdə çox azdır. Rəsmi olaraq bir çox material ola bilər. Ancaq problemlərə sosial işçi olaraq yanaşıb, təhlil edib, nəticə çıxardıb yazan çox az adam var.
  4. Beyin fırtınası üçün- Bəzən çox düşünürük, müzakirə eliyirik ancaq bir nəticəyə gələ bilmirik. Bloq vasitəsi ilə tanımadığım adamlar ilə  ortaq mövzularda  sırf peşəkarcasına müzakirələr aparırıq.
  5. Facebook, twitter və s. digər sosial şəbəkələrdən daha keyfiyyətli və daha rahat fikirlərimi izah eliyə bildiyim üçün.

Bəli, bir sözlə bloq yazmaq boşa vaxt itirmək deyil. Mən bloq yazarkən 1 saata yaxın və bəzən daha az vaxt itirirəm. Ancaq  buna vaxt itkisi olaraq baxmıram. Mənə çox rahatdır.

Həmişə sonda olduğu kimi hər birinizin iş və şəxsi həyatında  uğurlar arzu edirəm!!!!

6 Comments

  1. sevinclidunya

    Bir şeyi qeyd etmeyi unutmusan axı?)))
    Niye bloq yazıram? Çünki yeni dostlar qazanıram☺️
    Uğurlar sene, Elmir…

    Reply
    1. Elmir Valehli

      Sevinc xanım oda düzdür 🙂 Məncə sizdə bu mövzuda yazın ))

      Reply
      1. sevinclidunya

        Bloqun bir yaşında yazaram inşAllah))

        Reply
  2. Elmir Valehli

    İnşallah 🙂

    Reply
  3. Ramash

    Salam .Yazınızı çox bəyəndim. Həqiqətən də azərbaycanda nəsə bir yenilik etməyə çalışanda “bunda nəsə xeyrin var? ” neye lazimdi ki və s . kimi sözlər eşidirik. İnsan ən böyük xeyri özünə verir bloq yazmaqla. Təşəkkürlər bu yazını paylaşdığınız üçün. Blogger olaraq eyni hissləri yaşayırıq. Uğurlar.

    Reply
    1. Profile photo of Elmir ValehliElmir Valehli (Post author)

      Salam qiymətləndirdib öz fikirlərinizi bildirdiyiniz üçün mən sizə təşəkkür edirəm. Blogger olaraq fəaliyyətinizdə sizə də uğurlar arzu edirəm.

      Reply

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Please wait...

Yeni bloq yazılarımıza abunə olun

E-mail ünvanınızı daxil edin və sosial yönümlü bloq yazılarımıza abunə olun. Fikirinizi bildirməkdən çəkinməyin. Sizin fikirləriniz, yanaşmanız bizim üçün qiymətlidir. Təşəkkürlər!!!
Skip to toolbar