“Nə Əkərsən, onu da biçərsən”

Son zamanlar mətbuatda uşaqların fiziki, cinsi zorakılığa qalması, evdən qaçması, itkin düşməsi, intihar eləməsi kimi xəbərlərin şahidi oluruq. Onu da qeyd edim ki, hələ bunlar mətbuatın yaydıqlarıdır. Mətbuatın işıqlandırmadığı, məlumatı olmadığı nə qədər hadisələr var bilirsinizmi?. Çox adamlar deyir ki, “nə oldusa indi oldu”, “zəmanə yaman pisdir”. O həmin insanlara sual vermək istəyirəm ki, bu zəmanənin 15-20 il öncə  ilk toxumlarını atanlar sizlər deyildinizmi?? Bizdə həqiqətən ciddi problemdir. Heç kim özündə olan səhvi, günahı görmür. ” Nəsə bir bədbəxt hadisə də baş verəndə də deyirlər bizlik deyil hərə ətəyini bir kənara çəkir.

Bəli uşaqlarımızı bugünə salan məhz bəzi lazımsız adət ən-ənələrdir. Ağsaqqallarımızın “vaxtdır, niyə tərpənmirsən”, “evi-eşiyi, maşını, pulu var daha nə istəyirsən?”, “bizim vaxtımızda bele oldu sonra xoşbəxt olduq”, “yalnız öz məmləkətinə yaxın olan adamla evlən” və s və ilaxır deməyinin nəticəsidir bugün bu hadisələr yaşanır. Gəlin biraz məntiqi yanaşaq məsələyə. 16-18 yaşındakı qızı 35-40 yaş arası yekə qarın, pullu bir kişi ilə evləndirəndə hansı parlaq gələcəkdən söz gedə bilərdi? Qızın özü uşaqdır axı, o necə uşaq dünyaya gətirə bilər və onu tərbiyə edə bilər?? Bu hansı məntiqə sığışır? Sonra da deyirlər, axır vaxtlar boşanmasının, zorakılıqların sayı artıb. Qardaş artar da normal deyilmi? Belə məntiqlə uşaq satanda nə gözləyirdiniz axı?

O gün mətbuatda oxuduğumuz 12 yaşlı qızın atalığı tərəfindən zorlanılıb hamilə qalması xəbərini yəqin çoxumuzun yaddaşında uzun müddət silinməyəcək. 12 yaşında  qız axı hələ o, çox balaca idi. Uşağın bundan sonra yaşanacaq həyatını təsəvvür eləmək belə çətindir. Nə qədər psixoloji dəstək alsa da çox ciddi travmadır. Hələ o kənarda iyrənc – iyrənc baxanların qınağını demirem. Bu cəmiyyət də biz yaşayırıq. Sabah bizim uşaqlarımız da qurban ola bilərlər. “Bu mənim başıma gəlməz” deməyin. Heç kim siğortalanmayıb. 

Əziz valideynlər heç olmasa uşaqlarınıza qarşı həssas, diqqətli olun. Cəmiyyətimizdə canilər, qatillər, vicdansızlar o qədər çoxdur ki… Həyətdə, parkda, evinizin içində belə uşağınızı gözünüzdən kənara qoymayın. Çox xahiş edirəm uşaqla olan müddətdə mobil telefondan istifadə eləməyin. İnanın mənə təfqiqat aparılsa ki, valideynlərin əlində telefon ola ola uşaqlarının başına gələn bədbəxt hadisələrin halların sayının nə qədər çox olduğunu bilərik.

 

 

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Please wait...

Yeni bloq yazılarımıza abunə olun

E-mail ünvanınızı daxil edin və sosial yönümlü bloq yazılarımıza abunə olun. Fikirinizi bildirməkdən çəkinməyin. Sizin fikirləriniz, yanaşmanız bizim üçün qiymətlidir. Təşəkkürlər!!!
Skip to toolbar