Haqqımda

İlk öncə bir az rəsmiyyət.  14014_935279723167760_6294325780609200153_n Mən Elmir Valehli 1992 ci il Bakı şəhərində anadan olmuşam.  Azərbaycan Universitetinin  Sosial iş ixtisasını bitirmişəm. İndiyə kimi  ümumilikdə 20 dən çox yerli və beynəlxalaq təlimlərdə və bir çox  konfranslarda iştirak eləmişəm. SSİ, SOS, UNİCEF kimi beynəlxalq, Azərbaycan Uşaqlar Birliyi, Yasamal Rayon Əlillər Təşkilatı kimi  yerli təşkilatlarda  həm könüllü həm də ştat işçisi kimi fəaliyyət göstərmişəm

2012 ci ildən bəri Azərbaycan Birgə Yardım(UAFA) təşkilatında  fəaliyyət göstərirəm.  Eyni zamanda müstəqil təlimçi kimi müxtəlif mövzularda təlim keçirəm (Blog yazımda siyahılar var). Azərbaycan Sosial İş İçtimai birliyində (AZSWPU) boardın üzvüyəm.

Rəsmiyyəti kənara qoysaq deyə bilərəm ki, həqiqətən insanlar ilə ünsiyyət qurmaqdan çox zövq alıram. Yeni tanış olduğum insanlar mənim üçün həmişə maraqlı olub. Çünki, hər yeni tanışlıqda daha da enerjim, həyat eşqim artır. İşimi çox sevirəm, həzz alaraq işlərimi  görürəm.  Yeni bir işə başlayanda mütləq ürəyimin səsinə qulaq asıram. Nəyə çox inanıram onuda edirəm. Başqa insanlar üçün nə qədər  cazibəli görünsədə əgər içimdə inam hissi yoxdursa qəti o işə vaxt itirmirəm.  Həyatda  əsas  məqsədim  sosial sahənin ən yaxşı mütəxəssizlərindən biri olub ehtiyacı olan insanlara dəstək göstərərək  cəmiyyətimiz üçün  yararlı insan olmaqdır.

 

 

9 Comments

  1. ssuuddoo

    Bu həftədə olan təlimnen köməyinə görə çox sağ ol, qardaş.

    Reply
    1. Elmir Valehli

      Dəyməz qardaş. Sən sağ ol ki, belə fəal iştirak etdin və Azərbaycan Dilini belə mükəmməl bilirsən.

      Reply
      1. ssuuddoo

        bir qardaş deyir: hansi çörək adam yeyir – o dildə də danışsın.

        Reply
        1. Elmir Valehli

          Düz deyib o qardaş. Dəstəkləyirəm 🙂

          Reply
  2. sevinclidunya

    Salam, Elmir bəy. Olar sizdən bir söz soruşum? 🙂

    Reply
    1. Elmir Valehli

      Salam, əlbəttə olar buyurun )

      Reply
  3. sevinclidunya

    Bəlkə də mənasız olacaq, narahat etdiyimçün üzr istəyirəm…
    Bloqda son şərhlərin görünməsi mövzu seçimindən asılıdır, yoxsa bunu özüm nizamlamalıyım? Yəqin ki, ürək dolusu güldünüz))))

    Reply
    1. Elmir Valehli

      Yox heç bir narahatçılıq yoxdur. Soruşduğunuz üçün siz sağ olun. sizin özünüzdə asılıdır. Bloq settings-de eləmək mümkündür. Emailiniz açıqdırsa ora yazım rahat izah edim )

      Reply
      1. sevinclidunya

        Təşəkkür edirəm. Çox yaxşı olardı, buyurun yazın, zəhmət olmasa 🙂

        Reply

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Please wait...

Yeni bloq yazılarımıza abunə olun

E-mail ünvanınızı daxil edin və sosial yönümlü bloq yazılarımıza abunə olun. Fikirinizi bildirməkdən çəkinməyin. Sizin fikirləriniz, yanaşmanız bizim üçün qiymətlidir. Təşəkkürlər!!!
Skip to toolbar