“Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası” qanunu

İşimlə əlaqəli olaraq ay ərzində bir çox az təminatlı ailələrin problemləri ilə tanış olub dəstək olmağa çalışıram. Bu prosesdə mən də yeni fikirlər, qanunlar, yanaşmalar öyrənirəm. Sizə lazımlı olacağını düşündüyüm vacib məlumatı bölüşmək istəyirəm.

Əvvəla onu qeyd etmək istəyirəm ki, əhali çox məlumatsızdır. Ən adi hüquqlarını belə bilmir. Belə bir vəziyyətdə həqiqətən sosial işçilərə ehtiyac var. Sosial işçilər qanunları bilir, əlaqələri genişdir. Sosial işçi ailəni düzgün maariləndirərək kömək olur. Praktik işlədikcə onu daha da yaxşı anlayıram ki, Sosial işçilərə böyük ehtiyac var və bu danılmazdır. Sosial işçilər haqqında məlumatı az olan və məlumat almaq istəyənlər “Sosal iş nədir və sosial işçilər kimlərdir” adlı bloq yazıma nəzər yetirə bilərlər.

İndiki vaxta müharibə şərati olduğundan hərbi ximətdə olan əsgərlərimiz  istər döyüş zamanı istərsə də  təlimlər zamanı zədələnə bilərlər. Bu zədə ciddi olub onun sağlamlığına zərər yetirərsə o zaman onu yarasız olaraq geri göndərirlər. Bəs elə olan zaman nə etmək lazımdır? Hansı müddətdə müraciət etmək lazımdır?

Bu dəfə ki, bloq yaznın məqsədi hərbidə olan problemlərdən danışmaq deyil, Həqiqi hərbi xidmət zamanı bu və ya digər şəkildə zədə alıb yararsız kimi tərxis olunan əsgərlər yalnız 3 il ərzində qeydiyyatı olduğu Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin bölmələrinə müraciət edərək müvafiq sənədi götürüb siğorta şirkətinə təqdim etməli və ona uyğun birdəfləlik müavinət verilməlidir.  Ümumi siğortanın məbləği isə 11 min AZN dir.  Hərbi xidmətdə olan şəxs sonradan xəstəliyi ilə əlaqədar hərbi xidmətə yararsız kimi təxris olunubsa, həmin şəxsə əlillik dərəcəsindən asılı olaraq 80, 40, 20 faiz nisbətində sığorta ödənilməlidir. Əgər 3 ildən sonra müraciət etsəniz Sizə siğorta qanuna əsaslanaraq ödəniş ETMƏYƏCƏK. 

Sizə bütün qanun haqqında danışmacayam. Qanunda olan vacib məlumatı qeyd elədim. Ətraflı məlumat almaq istəyənlər linkə klik edib “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikasının tanış ola bilərlər.

Vacib bildiyim Sizlər üçün yararlı hesab etdiyim qanunlardan vaxtaşırı yazaraq az da olsa maarifləndirməyə çalışacağam.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Please wait...

Yeni bloq yazılarımıza abunə olun

E-mail ünvanınızı daxil edin və sosial yönümlü bloq yazılarımıza abunə olun. Fikirinizi bildirməkdən çəkinməyin. Sizin fikirləriniz, yanaşmanız bizim üçün qiymətlidir. Təşəkkürlər!!!
Skip to toolbar