“Davamlı Regional İnkişaf” proqramı – Sosial işin inkişafı

Salam əziz oxucular, uzun müddətdir işlərin çox olmağı səbəbi ilə bloq yazmağa imkan yox idi. Bu o demək deyil ki, yazmaq istəmirdim. İnanın ürəyim doludur və yeni xəbərlərdən dəyərli oxucalarımız Sizlərə də məlumat verəcəyəm.

Məlumat üçün bildirim ki, Regional İnkişaf İctimai Birliyi (RİİB) və Azərbaycana Birgə Yardım (UAFA) təşkilatının birgə əməkdaşlığı çərçivəsində Biləsuvar və Cəlilabad rayonlarında “Davamlı Regional İnkişaf proqramı” layihəsinin icrasına başlanılıb. 2016-ci il oktyabrın 19-dan fəaliyyətə başlayan layihə aztəminatlı ailələrin davamlı kənd təsərrüfatı imkanlarının genişləndirilməsini, sahibkarlıq fəaliyyətinin təşviqini, uşaqlara yönəlik müasir metodologiyalar vasitəsilə səhiyyə, təhsil və sosial xidmətlər şəbəkəsinin gücləndirilməsini nəzərdə tutur.

Davamlı Regional İnkişaf proqramı layihəsinin ən vacib xüsusiyyələrindən biri sosial işin praktik icra olunması və sosial işçilər üçün yeni vakant iş yerlərinin olmasıdır. Sosial iş haqqında ətraflı məlumat almaq istəyənlər Sosial iş nədir və Sosial işçilər kimlərdir? adlı bloq yazımdan yararlana bilərlər. Biləsuvar və Cəlilabadan rayonlarında yerləşən Heydər Əliyev Mərkəzlərində 2 sosial işçi və 1 sosial asistent (köməkçi) və 1 sürücüdən ibarət komanda fəaliyyət göstərir. Hər iki rayonda həm dövlət həm özəl qurumlar sosial işçilərin fəaləiyyət göstərdiyindən məlumatlıdırlar. Sosial işçilər ay ərzində 12 yeni ailəyə səfər edir və eyni zamanda fəaliyyət planına əsasən ötən aylarda qiymətləndirilmiş ailələrə təkrar səfər edirlər. Sosial işçilər ailələrin problemlərinin həllində dövlət orqanları ilə görüşlər keçirir və dövlət ilə ailə arasında körpü rolunu oynayırlar.  Regionalarda ailələrin çoxusunun maarifsiz, təhsilsiz olması onların öz hüquqlarını bilməməsi həqiqətən ciddi anlaşılmamazlıqlar yaradır və ailələr bütün günahı məhz dövlət orqanlarında görürlər. Səmimi olaraq qeyd edim ki, çox vaxt ailələr öz hüququnu bilmədiyi və hara və necə müraciət etmələri haqqında məlumatsız olduqları üçün əngəllərlə qarşılaşırlar. Sosial işçilərin müdaxilələrindən sonra isə həqiqətən ailə güclənir və növbəti addımları artıq özü atır. Bu proqramdan çox yazmaq olar ancaq mən qısa məlumatları paylaşıram əlavə sualı olan mütləq əlaqə saxlasın.

Sosial “İŞ”-də, “İŞ” imkanları adlı 2015 ci ildə bloq yazısı palyaşmışdım. Həmin yazıda sosial işçilərin üçün iş imkanlarının məhdud olmasından bəhs etmişdim. Ancaq indi ürəkdən deyə bilərəm ki, əziz sosial iş məzunları artıq  Sosial işdə İŞ problemi də olmayacaq. Çünki artıq sosial iş dövlət səviyyəsində qəbul olunur. 16 may 2017-ci ildə ƏƏSMN nazirliyində  həyata keçirilən tədbirdə nazir Səlim Müslümov Azərbaycan Universitetini sosial iş fakültəsinin dekanı Aygün Müsayevadan  100 nəfər sosial iş məzununun CV-lərini göndərməyini xahiş etdi çünki sosial işçilərə böyük ehtiyac var. İndi siz deyin bu həqiqətən böyük uğur deyilmi ???

Bundan başqa 18 May 2017-ci il tarixində Milli Məclisin yaxından dəstəyi və  UAFA təşkilatının təşəbbüsü ilə “Azərbaycanda sosial xidmət sisteminin hüquqi, iqtisadi və təşkilati əsasları” mövzusunda Dəyirmi Masa müzakirələri keçirildi. Müzakirələr zamanı “Sosial Xidmət haqqında” qanuna dəyişikliklər, Sosial İş standartlarının qəbul olunması vacibliyi, Sosial İşçilərin peşəkarlıq səviyyəsinin qaldırılması, onların işlə təminatı, dayanıqlı maliyyə təminatı kimi məsələlərin vacibliyi diqqətə çatdırıldı.

Sosial işin inkişafı yolunda bugun UAFA təşkilatı, Azərbaycan Universiteti, Azərbaycan Sosial İş Assosasiyası və bəzi digər qurumlar lobbiçilik fəaliyyəti həyata keçirirlər. Yaxın gələcək də hər şeyin daha da yaxşı olacağına əminəm. Hər birinizə uğurlar!!

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Please wait...

Yeni bloq yazılarımıza abunə olun

E-mail ünvanınızı daxil edin və sosial yönümlü bloq yazılarımıza abunə olun. Fikirinizi bildirməkdən çəkinməyin. Sizin fikirləriniz, yanaşmanız bizim üçün qiymətlidir. Təşəkkürlər!!!
Skip to toolbar