Buklet çap eləmək PR deyil.

Bu mövzuya aid çoxdan yazmağı planlaşdırırdım. İşlərimin çoxluğundan bu ara yaza bilmirdim. Yazmaq üçün darıxdığımı hiss elədim. Bundan sonra bloqa daha çox vaxt ayırmağa çalışacağam.  İnanıram ki, bu başlıq çox adamı narahat edir. Çünki hər yerindən duran PR-dan danışır. Layihəmin reklamını necə edim deyən kimi ağıla buklet çapı gəlir. Bugün sizlərlə buklet çap edənlərin “əsas məqsədini” daha aydın izah edəcəyəm.

Hər ay müxtəlif regionlara təlim keçmək üçün gedirəm. İnanın bizdən əvvəl gedən təşkilatlar, fərdlər gəlib insanları bir ara toplayıb maximum 20 dəqiqə danışıb, bukletləri insanlara paylayıb, şəkilləri çəkib və bununla da işi uğurla başa vurmuş hesab edirlər. Əsas odur ki, şəkil çəkildi və istədikləri rakursu tutdular. Bəzi təşkilatların məqsədi iş görmək deyil hesabatda donora göndərməyə material hazırlamaqdan ibarətdir.

Kim layihə yazır, layihəsi müvafiq tenderde qalib gəlirsə layihənin keçirildiyini sübut eləmək üçün öz üzərində “mən buklet çap etməliyəm” kimi aşırı məsuliyyət hiss edir. 2010 – cu ildən QHT sektorundayam və buklet sözü eşitməkdən sözün əsl mənasında qulaqlarım  bezib. Ay əzizlərim buklet çap eləmək ilə iş düzəlmir. İllərdir ki, bukletlər çap edirsiniz  nə mənası var? hansı işinizə yarayıb? Heç bir işə kömək olmayıb. Ancaq yaxşı yeyinti yeridir. Buklet maarifləndirmə üçün yox məhz pul yemək üçün istifadə olunur və illərdir ki, bu tendensiya davam edir. Onu da qeyd edim ki, çox az qurumda belə hallara yol verilmir. Alanda verəndə bunu bilir ancaq heç kim müdaxilə etmir ya da müdaxilə etmək istəmir. Çünki buna nəzarət edəcək mexanizm yoxdur. Axı buklet çap olunmasa layihənin fəaliyyətini necə sübuta yetirmək olar? Gülməlidir elə deyilmi?…

Tutaq ki, çap olundu hətta onuda düz əməlli edə bilməyən qurumlar var. Bir cümlədə bəlkədə 6-7 hərf səhvi olur və hiss olunur ki, yola vermək üçün göz ucu baxılıb. Əsas odur ki, hesabatda 10.000 buklet çap olundu sözü olsun və inanın realda bəlkə 100 dənə də buklet çapı olunmayıb. Bilirsiniz niye elə olur? Çünki hamı özünü ağıllı hesab edir. Heç kim bu işin peşəkarı ilə məsləhətləşmir. Axı əlavə maddiyat nəyə lazımdır. Hərə öz işini görsə heç bir problem də olmaz.

Təklif edirəm ki, təşkilatınız və gördüyünüz işlərlə bağlı cəmi bir ancaq samballı buklet düzəldin. Onu da təşkilatınızı beynəlxalq və yerli tədbirlərdə təmsil edərkən orada yeni tanışdığınız insanlara verin ki, sizin və təşkilatınız haqqında ümumi anlayışa malik olsunlar. Tütünçəkmə, Spirtli içkilər və s bu qəbildən milyonlarla buklet çap olunub. Nəticəsi də göz qabağındadır. Əlqərəz buklet çapı effektiv reklam üsulu deyil.

Bəzi dövlət qurumlarının işi də məhz poliqrafiyadır. Belə maarifləndirmə artıq kifayətdir. Sonda onu qeyd edim ki, bəlkə son 10-15 ildir maarifləndirmə adı ilə milyonlarla buklet çap edilib. Ancaq təəssüflər olsun ki, heç bir xeyri yoxdur. Mən PR mütəxəssisi deyilem. Sizə nəyin necə olduğunu deyə bilmərəm. Ancaq kənardan məsələyə baxıb ciddi problem olduğunu görüb müşahidə edən bir şəxs kimi tövsiyə edə bilərəm ki, bəsdir özünüzü biyabır elədiniz reklam və s. işlərinizi mütləq bu işin peşakarları ilə görün. O zaman sizin işinizin keyfiyyəti yüksək olar, məhsulunuzun alıcılıq qabiliyyəti və reklamı güclü olar.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Please wait...

Yeni bloq yazılarımıza abunə olun

E-mail ünvanınızı daxil edin və sosial yönümlü bloq yazılarımıza abunə olun. Fikirinizi bildirməkdən çəkinməyin. Sizin fikirləriniz, yanaşmanız bizim üçün qiymətlidir. Təşəkkürlər!!!
Skip to toolbar