“Bu mənim başıma gələ bilməz” prinsipi

Bizim cəmiyyətdə qəbul etmək istəməsək də belə bir yanaşma  mövcuddur, “bu mənim başıma gələ bilməz”.  Bəs biz bu prinsip ilə məsələyə yanaşsaq necə olacaq? Bax elə bu gündə olacağıq. Yəni ki, insanların başına bədbəxt hadisə gələndə, intihara cəhd edəndə, evdən qaçanda və s. sosial problemi olanda hərə əlinə bir telefon alıb video və şəkil çəkib feysbuk da  səhifələrdə paylaşacaqdır. Mənə deməyin ki, mən elə eləməzdim, başqa cür edərdim və s. Ola bilər ki, siz fərqli yanaşırsınız ancaq cəmiyyətdə çox insanlar belə edirlər və təəssüf ki, etdiklərindən də zövq alıb dostları ilə paylaşırlar.

Binəqədidə bina yananda, kənardan baxan insanlar kömək etmək əvəzinə şəkil video çəkirdilər. Niyəsə ağıla birinci  FHN zəng etmək yox məhz sosial şəbəkələr gəlir. Bəlkədə bu tip insanlar düşünür ki,  FHN nümayəndləri feysbuk vasitəsi ilə statuslarını bəyənib, rəy bildirib gələcək hadisə yerinə. Bunlar bir kənara  təcili tibbi yardım maşının tibbi bacısı “selfie” çəkirdi. Utanmasalar  haştaqda edərlər.  İntihar halları artıb. Bunu hamımız gözəl bilir və hətta şahid kimi müşahidə edirik. Qız özünü  16-cı mərtəbədən atmaq istəyir. Deməli ilk öncə qızın həyatında  ciddi problem var ki, bu addımı çıxış yolu kimi görür. İkinci əsas səbəb isə qızın psixoloji problemləri olmasıdır. Bəzi özünü ağıllı bilən insanlar isə belə atmacalar:  “at özünü qorxma tutacam burda seni” “ora çıxıb özünü göstərir” “özünü atan deyil, atsa bayaqdan atardı” ilə insanları daha tez öldürməyə cəhd edirlər. Bu sadəcə dəhşətdir. Ümumiyyətlə məlumat üçün qeyd edim ki, insan intihar etmək istəyirsə, uzun müddət bunu öz beynində düşünür. Vaxtı gələndə isə bunu edir. Ancaq bəzən insanların kiçik bir uzanan ələ ehtiyacı olur.  Həmin anda o əli uzatmasaq o, həqiqətən canına qəsd edəcəkdir. Biz isə yerdən atmacalar atmaqla onu daha da ölümə sürükləyirik.

Əgər siz həmin insanların yerində olsaydınız nə edərdiniz? A, bağışlayın axı “bu sizin başına gələ bilməz”. Ümumiyyətlə hər şeydən öncə qarşımızdakı insan ilə ünsiyyət qurarkən mütləq özümüzü onun yerinə qoymalıyıq. O zaman nə isə başa düşə bilərik.

Başqa bir nümünəyə diqqətiniz çəkmək istəyirəm. Hamımız gündəlik həyatda  əlilliyi olan insanlar görürük, rastlaşırıq və s. Həmin anda  nə düşünürük? Hamı deyir ki, “iraq olsun” “bu mənim başıma gələ bilməz”.  Ancaq kim özünü siğortalayıb?. Elə yer varsa deyin məndə gedəcəm 🙂 Əlilliyi olan insanlar avtobusdan, metrodan istifadə edə bilmir, iş tapa bilmirlər,  şəhərdə tualetlərdə əliliyi olan insanlar üçün şərait yaradılmayıb. Çox az yerdə  bu nəzərə alınıb. İndi özümüzü əlilliyi olan şəxs kimi düşünək bəlkə heç olmazsa onların necə əziyyət çəkdiyini anlayırıq.

Əziz dostlarım bir daha “heç vaxt bu mənim başıma gələ bilməz” ifadəsindən qəti istifadə etməyin. Həyat insanı elə edər ki, kiçik bir səhv ilə hamımız əlimizdə olan hər şeyimizi itirə bilərik. Kiçik bir ehtiyatsızlıq ilə sağlamlığımızı itirə bilərik. Ona görə də ətrafımız da olan insanları tanımasaq belə köməyə ehtiyacı varsa mütləq yardım əlimizi uzadaq. Sabah eyni hadisə bizim də başımıza gələ bilər. Ümid edirəm zaman keçdikcə hər bir şey qaydasına düşəcək və insanlar bir birlərinə səmimi münasibət bəsləyəcəklər. Hər bloq yazısının sonunda olduğu kimi hamıya iş və şəxsi həyatında uğurlar arzu edirəm.

3 Comments

  1. ilahe

    Elbette ki,bu heyatdir,hec kes sabah bashina ne gelecek bile bilmez,hec kes hecneden sigortalanmayib.Elilliyi olan shexslere baxıb qulaqlarını ceken insanlar var.Gorduyumi deyirem.Anlamiram bele insanlari. belke butun insanlara,ister elilliyi olan ve olmayan insanlara eyni baxmagimdan ireli gelir.amma yene de anlamiram, cunki bu ve bu kimi edilen hereketler onlara qarsı edilən hormetsizliklerdir. Semimi olmaq insanlarla lazimdir,mumkun olan qeder komek etmek lazimdir,bir umid vermek lazimdir,sevindirmek lazimdir.Cox yox,bir az duyarli olsaq yeterlidir 🙂

    Reply
    1. Profile photo of Elmir ValehliElmir Valehli (Post author)

      Bəli hamı sizin kimi duyarlı olsa heç bir problem olmaz. Bəli sizon dediyin “qulaq çəkmə” ilə bağlı bugun geniş müzakirə eləmişik tədbirdə. Ancaq ötən illərlə müqayisədə xeyli müsbət dəyişikliklər olub. İnşallah daha da yaxşı olacaq 🙂

      Reply
  2. ilahe

    Duzdu,deyishikler var elbette ki,InshAllah ki zamanla daha yaxwi olar her wey . Umud sonda olur 🙂

    Reply

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Please wait...

Yeni bloq yazılarımıza abunə olun

E-mail ünvanınızı daxil edin və sosial yönümlü bloq yazılarımıza abunə olun. Fikirinizi bildirməkdən çəkinməyin. Sizin fikirləriniz, yanaşmanız bizim üçün qiymətlidir. Təşəkkürlər!!!
Skip to toolbar