“Bloqa mövzu tapmaq”

Bloquma mövzunu necə tapıram?

Bloqa mövzu seçmək, seçdiyim mövzuya uyğun ad tapmaq elədə asan məsələ deyil. Bəzi dostlarım bloqa mövzunu necə tapıram deyə suallar verir. Düzdü asan iş deyil. Ancaq qəribəsi budur ki, mən bloqa mövzu axtarmıram. Mövzu özü axtarıb məni tapır. Bir azdan izah edəcəyəm. Bəzən fəaliyyət göstərdiyim təşkilatda, yaxud da mənə yaxın olan insanlar deyir ki , filan mövzuda yaz daha aktualdır. Yaxud da filankəsdən yaz. Ancaq inanın mənə bunu bacarmıram. Çünki mən  jurnalist deyiləm və elə qabiliyyətim yoxdur ki, hər gördüyümdən nə isə yazım. Ancaq hislərim, düşüncələrim və ürəyim ilə yazıram. Əgər sadaladığım 3 arqument olmasa yazmıram.  Bu mənim prinsipimdir. Həm yazsam da effektiv olmaz. Məsələn: Univesitet illərində müəllimlərimiz esse yazın deyəndə. Çox vaxt gec yazırdım, yaxud da elə yazırdım ki, necə deyirlər “Tramvay altında qalmış bir 6-7” qiyməti alım. Ancaq Sərbəst mövzu olanda daha yaxşı təsir bağışlayırdım. Çünki mənə maraqlı olan mövzudan yazırdım. Ağlıma gəlməzdi ki,  nə vaxta belə uzun-uzun yazı yaza bilərəm. Düşünürdüm buna səbrim çatmaz. Ancaq məsələ səbr məsələsi deyilmiş. Həyatda bir çox şey istəyə bağlıdır. Mən motivasiyası yüksək olan insanam. İnandığım şeyi mütləq edirəm. Valideynlərim, bəzi müəllimlərim hələ də yazılar yazdığımı bilmir.  İnanmazlar ki, mən nə isə yaza bilərəm. Çünki xəttim pisdi )) . Yaxşı ki, klaviatura var. Bu arada mənə kimsə niyə xəttin belə pisdir deyəndə: “Həmişə professorların, həkimlərin xətti pis olur” deyib söhbətdən çıxıram.

İndiyə kimi yazdığım nə varsa ürəyimdən  gəldiyi, düşündüyüm hisslərimdi. Hər hansı bir  hadisə gördüyüm zaman ilk öncə onun haqqında düşünürəm , sonra  araşdırma aparıram, daha sonra isə ürəyimdə ağlımda olanları birləşdirib yazıram.
Ancaq onlardan da öncə məqsədim sosial sahədə olan problemlər və həlli yollarından bəhs etmək olduğu üçün daha rahat olur. Məqsədim budur.  Yəni sosial problemleri işıqlandırıb həlli yollarını göstərmək.  Yaxud da mövcud olan problemlərin həlli yollarını tapmaq. Bloga nəzər yetirsəniz sosial kateqoriyasında yazılarım daha çoxdur.  Çünki məqsəd odur. Ancaq işin daha da dərinliyinə girdikcə hislərim, gördüklərim, təsirləndiyim hadisələrdən də yazıram.  Məsələn “Kirvəlik” mövzusu haqqında yaxud da “Bəzən” adlı bloqumda yazdığım kimi. Məsələ bu qədər sadədir.

Bəzən kiçik hərf səhfləri edirəm. Bəzi insanlar reaksiya verir buna çox sevinirəm elə həmin anda düzəldirəm. Ancaq elə insanlar varki, məqsədi səhf tutmaqdır. Bax o zaman işim çətin olur. O qədər gözəl mövzudan yazırsan, problemə həll yolu göstərirsən, insan məsələyə münasibət bildirmir və niye orda “a” yazmadın deyir. Belə tip insanlara bir cavabım olur. Cahilliyimə verin getsin deyirəm  🙂  Ancaq həqiqətən fikirləriniz mənim üçün çox önəmlidir. Ona görədə təklif, tənqid və iradlarınıza açığam. Hər yeni yazıma başlayanda çalışıram daha az hərf səhvi edim.
Məsələn indi ağlıma yeni bir mövzu gəldi. Niyə görə oxuduğum kitablardan və sevdiyim müəlliflərdən yazmıram? Mən daha çox motivasya, şəxsi inkişaf kitabları oxuyuram. Gələcəkdə mütləq bununla bağlıda yazılar yazacağam.

Əslində  məhz bu bloqu yazmaqda məqsədim həqiqətən həyatda nəyə inanırsınız onuda icra edin deməkdir. Çünki bizim gördüklərimizi, hiss etdiklərimizi bizdən başqa heç kim anlaya bilməz. Özünüzə yaxşı baxın.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Please wait...

Yeni bloq yazılarımıza abunə olun

E-mail ünvanınızı daxil edin və sosial yönümlü bloq yazılarımıza abunə olun. Fikirinizi bildirməkdən çəkinməyin. Sizin fikirləriniz, yanaşmanız bizim üçün qiymətlidir. Təşəkkürlər!!!
Skip to toolbar