Bəzən ……

Bəzən insan o qədər sıxılır ki, tanımadığı insana bütün dərdini danışmaq istəyir… Görəsən niyə insan tanımadığı insana bütün dərdini danışmaq istəyir. Bəlkədə o tanımadığı insanın ona qarşı daha diqqətli olduğuna yaxud da çox insanı tanımadığını görə yaxud da qarşındakının  səni ittiham etməyəcəyini bildiyini görə nə bilim.
Bəzən insan sadəcə tək qalmaq istəyir. Tünlükdən bezdiyi üçün. Yada sadəcə tək qalmağa ehtiyacı olur.
Bəzən sadəcə ağlamaq istəyir insan. Kişilər ağlamaz deməyin , ağlayan kişilərdir kimi ürəyində kimi gözündə.
Bəzən ölkədən çıxmaq istəyir insan.
Çünki tək çıxış yolu bəlkədə odur.
Bəzən kimisə döymək istəyir insan, ətrafındakıların gözlərinə baxır ki, ona nəsə desinlər nə bilim.
Bəzən ancaq oxumaq istəyir insan çünki oxumaq həmişə insanı fərqli düşünməyə oxuduğun obrazın yerinə özünü qoyduğu vaxtdır insanın.
Bəzən içmək istəyir insan. Ona görə ki,  yaşadığı problemləri bir anlıq da olsa unutmaq istəyir insan. Nə bilim
Bəzən işdən çıxmaq istəyir insan, çünki artıq iki üzlü insanların sübuta yetirə bilməyəcəyin fahişəliyini görürsən.
Bəzən telefonu divara çırpmaq istəyir insan. Çünki təzə telefon almaq vaxtıdı;)
Bəzən sadəcə məcburi gülər insan. Çünki ətrafındakıları yola vermək üçün. Bəzən çox gülər insan, sadəcə AĞLAMAMAQ üçün.
Bəzən çox dəyərli olduğu halda dəyərsiz hiss edər insan özünü.  Bu da özünə inamın itdiyi kulminasiyadır. 
Bəzən nəfəsi kəsilənə qədər qaçmaq istəyər. Çünki eşitdiyi, gördüyü mundarlıqlardan, yalanlardan diksindiyi üçün.
Bəzən özünü öldürmək istəyər insan. Bunu günlərcə düşünər. Sadəcə bu həyatdan getməyi çıxış yolu olaraq gördüyü üçün.
Bəzən sevmək istəyər insan. Ancaq sevgidə axtarılan meyarlar fərqli olduğu üçün heç kim sevmir artıq. Hamı bir birini yola verir.
Bəzən kredit götürmək istəyər insan. Sadəcə əvvəl götürdüyü 2 krediti və pulunu necə ödəyəcəyi gələr ağlına.  Əşi nə isə
Bəzən bəzən bəzən və s o qədər hamının həyatından bəzənlər var ki .
Teoman demişkən “Düşünmə”.
Hamıya öz həyatında öz bəzənləri,  problemləri ilə uğurlar.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Please wait...

Yeni bloq yazılarımıza abunə olun

E-mail ünvanınızı daxil edin və sosial yönümlü bloq yazılarımıza abunə olun. Fikirinizi bildirməkdən çəkinməyin. Sizin fikirləriniz, yanaşmanız bizim üçün qiymətlidir. Təşəkkürlər!!!
Skip to toolbar