“24 saat açıqdır”

Salam dəyərli yoldaşlar. Bu gün hamının çox adi qarşıladığı əslində isə təhlükəli olan bir məqama toxunmaq istəyirəm. Hər şeydən əvvəl onu qeyd etmək istəyirəm ki, infrastruktur baxımından nə qədər inkişaf etsək də təəssüflər olsun ki, 2015-ci ilidə bitiririk ancaq xidmət anlayışını hələ də formalaşdıra bilmirik. Bəzi sahibkarlar yalan vəd verərək, xidmətini zəif göstərərək yalnızca özünə ziyan edir. Çünki bütün xidmət müştəri yönümlü olmalıdır. Bunun anlamaq üçün gedib xüsusi marketinq oxumağa ehtiyac yoxdur. Yəni müştəri yönümlü fəaliyyət göstərməyi anlamaq üçün alim olmaq lazım deyil. Kiməsə söz deyəndə deyir ki, “mən indiyə kimi belə fəaliyyət göstərmişəm, bundan sonra da belə edəcəyəm”. Bəli razıyam ona görə belə xidmət göstərmisən ki, rəqabət yoxdur. Səndən daha fərqli yanaşan, fərqli düşünəni yoxdur hələki. Bəlkə də getdikcə bu tendensiya köklü olmasa da, tədricən dəyişər.

Bu bloq yazımın məqsədi müştərini aldadan bəzi sahibkarlara əslində özünüzü aldadırsınız deməkdir. Məsələn yazırlar ki, 50% endirim, 80 faiz % endirim və s. Bizim insanlar xüsusilə qadınlarımız endirim sözünü görən də o qədər sevinirlər ki, ağıllarına başqa bir şey gəlmir. Sahibkarlar da elə bundan istifadə edərək onları aldadır. Əslində düşünün endirim yazdığı malın üzərinə nə qədər pul  qoyur ki, onu elə satır. Mən marketoloq deyilem dərinə getmək fikrim yoxdur. Daha sonra “Mağaza təcili bağlanır, hər şey öz qiymətinə satılır” tipli sloqanlar da var. İnsanlarda buna inanıb həmin mağazaya gedirlər. Bəli sahibkarın işi əladır. Qazancı daha da artıb ancaq müştəri etibarını itirmişdir. 28 mayda, sahildə şəhərin müxtəlif yerlərində bu tipli sloqanları hamı yəqin ki görür. 3 ay sonra gedib baxın həmin mağazaya elə öz yerində qalıb və əlavə məhsullarda gətiriblər. Məhsulu reklam etmək üçün başqa yol yoxdurmu görəsən? İndiyə qədər belə reklamlar yox idi işləri getmirdi?

24 saat fəaliyyət göstərən restorana gecə saat 2-de gedib yemək istəyin. İnanın menyudakı 50 seçimdən cəmi 2,3 olacaqdır. Onlarında keyfiyyəti məlumdur.Sahibkara deyəndə ki, bəs niyə yemək yoxdur. Deyəcək ki, “Şükür elə ki, gecənin bu vaxtı yer tapmısan, 24 saat işləyirik biz”. Belə işləməkdənsə o elanı silin oradan və 12 saat işləyin.

Mənim üçün ən çox qəbul olunmayan isə  apteklərin, üzərində böyük hərflər ilə yazılan “24 saat açıqdır” sözüdürBu yazını yazmaq digərlərindən daha təhlükəlidir. Sizində rastınıza çıxmış olar. Aptekini üzərinə yazır 24 saat açıqdır. Ancaq gecə saat 1 də, gedirsən görürsən ki, bağlıdır. Belə şey ilə zarafat eləmək olmaz. Şəxsən mən elə yalançı elan yazılan yerlərə gündüzlərdə getmirəm. Əlilliyi olan, müxtəlif xəstəlikləri olan insanlarımızın sayı kifayət qədərdir. Gecənin bir vaxtı yadımızda qalan 24 saat açıq aptekə dərman dalınca gedib əli boş geri qayıtsaq bunun nəticəsi yaxşı olmayacaqdır. Kim nə deyirsə desin. Ancaq mən qəti sürətdə belə yazılara qarşıyam. Müştərini aldatmaq özünü aldatmaqdır. Çünki sən də başqası üçün müştərisən. Bunu unutmaq lazım deyil. Hər şeyi kənara qoyaq insani dəyərlərimizə hörmət etməliyik.

4 Comments

  1. Lamiya

    Gosterish xatirine danishmasalar, ishleseler daha faydali olar.

    Reply
    1. Profile photo of Elmir ValehliElmir Valehli (Post author)

      Əlbəttə ancaq təəssüf ki, çox azı buna əməl edir.

      Reply
  2. Sevincli Dünya

    Salam, Elmir. 2015-ci ili yaxşı əhvalla bitirə bilmədik təəssüf ki. İndi 24 yox, 25 saat da açlq olsun lap, pul olmayandan sonra nə alınacaq ki?!…

    Reply
    1. Profile photo of Elmir ValehliElmir Valehli (Post author)

      Salam aha raziyam. Təəssüflər olsunki belə başlacağıq yeni ilə (((.

      Reply

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Please wait...

Yeni bloq yazılarımıza abunə olun

E-mail ünvanınızı daxil edin və sosial yönümlü bloq yazılarımıza abunə olun. Fikirinizi bildirməkdən çəkinməyin. Sizin fikirləriniz, yanaşmanız bizim üçün qiymətlidir. Təşəkkürlər!!!
Skip to toolbar