1 oktyabr – Ahıllar günü

  1. BMT-nin verdiyi təsnifata görə, 40-59 yaşlı insanlar ortayaşlı, 60-74 yaşlı insanlar ahıl, 75-98 yaşlı insanlar qoca, 90 yaşdan yuxarı insanlar uzunömürlü insanlar hesab olunur. Bu təsnifat ahıl adamların ehtiyaclarını, tələbatlarını, bioloji və sosial imkanlarını nəzərdə tutur. BMT-nin gəldiyi qənaətə görə, yaşlı əhali ölkə əhalisinin 4%-ni təşkil etdiyi halda ölkə gənc, bu göstərici 7% olduqda isə qoca ölkə hesab olunur. 1991-ci ildə BMT “Yaşlı insanlar üzrə prinsiplər” qəbul etdi. 1999-cu ili isə “Beynəlxalq ahıllar ili” elan etdilər.

“Sosial xidmət haqqında” Azərbaycan Respublikası Qanununa əsasən ölkəmizdə yaşı 70-ə çatmış şəxslər ahıl hesab olunurlar. Cari ilə olan rəsmi statistikaya əsasən, ölkəmizdə bu kateqoriyadan olan şəxslərin sayı 377,8 min nəfər təşkil edir. Sosioloji tədqiqatın nəticələrinə görə, yaşlı insanların internat-evlər düşməsinin ən çox yayılmış səbəbləri aşağıdakılardır:

  • Tənhalıq – 48.8%
  • Sağlamlıq vəziyyətinin qeyri-qənaətbəxş olması – 30%
  • Ailədə münaqişəli şərait və qohumların təşəbbüsü – 19%

Pensiya təminatı ahıl insanların sosial müdafiəsində xüsusi yer tutur. Hazırda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunda qeydiyyatda olan əmək pensiyaçılarının 329 275 nəfəri ahıl vətəndaşlardır. Onlardan 201 838 nəfəri qadın, 127 437 nəfəri isə kişidir. Ahıl pensiyaçıların 208 611 nəfəri 70-80 yaş arası, 110 936 nəfəri 80-90 yaş arası, 9 728 nəfəri 90-dan artıq yaşı olan vətəndaşlardır. Ümumilikdə hazırda ahıl vətəndaşların 87,1%-i əmək pensiyası ilə təmin olunur, əmək pensiyası hüququ olmayan ahıl şəxslərə isə yaşa görə aylıq sosial müavinət ödənilir.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 aprel 2014-cü il tarixli 108 saylı Qərarı ilə təsdiq edilmiş “Evdə (səyyar) sosial xidmətin göstərilməsi Qaydası”na əsasən, hazırda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən 11 208 nəfər tənha ahıl və əlil şəxsə evlərində sosial-məişət xidmət göstərilir. Həmin insanların 8 857 nəfər ahıl şəxslərdir. Sosial işçilər onlara ev təsərrüfatında təmizlik işlərinin aparılması, yemək hazırlanması, zəruri ərzaq, sənaye və məişət mallarının, müvafiq hallarda tibbi və psixoloji yardımın, hüquqi məsləhətlərin alınması və s. işlərdə köməklik göstərirlər.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Please wait...

Yeni bloq yazılarımıza abunə olun

E-mail ünvanınızı daxil edin və sosial yönümlü bloq yazılarımıza abunə olun. Fikirinizi bildirməkdən çəkinməyin. Sizin fikirləriniz, yanaşmanız bizim üçün qiymətlidir. Təşəkkürlər!!!
Skip to toolbar