Əlilliyi olan şəxslərlə bağlı qanunda dəyişiklik

Salam əziz yoldaşlar, əlilliyi olan şəxslərin sosial durumunu yaxşıladırmaqdan ötrü Milli Məclisdən modern.az-a verilən məlumata görə, əlilik haqqında qanunlarda köklü dəyişikliklər və islahatlar aparılacaq. Çox sevindim bu xəbərə təki əlilliyi olan şəxslərin lehine, sosial durumunun yaxşılaşdırılması üçün uğurlu addım olacağına inanmaq istəyirəm. Ancaq mətbuatda məncə düzgün başlıqladan istifadə olunmur.  Diqqət çəkmək üçün “Bəzi şəxslərin müavinətləri kəsiləcək”, “Əlillərə şok xəbər” və s başlıqlardan istifadə edirlər. Əziz yoldaşlar qanun müzakirəsində sosial durumu çətin olan əlilliyi olan şəxslərin rifahını yüksəltməkdən ötrü əlavə müvavinatlar verilməsində danışılıb. Ancaq bu o demek deyilki, əlilliyi ola şəxslərin müavinətləri, pensiyaları kəsiləcək.  Jurnalistlərdən çox xahiş edirəm diqqət çəkmək üçün  yalan sloqanlardan istifadə etməyin.

Əlilliyi olan şəxslərin maddi, sosial-məişət və tibbi təminatı pul ödəncləri (pensiyalar, müavinətlər, birdəfəlik ödənclər), dava-dərman, texniki və başqa vasitələrlə həyata keçirilir. O cümlədən onlara avtomobillər, kreslo-arabalar, protez-ortopediya məmulatı, xüsusi şriftli mətbu nəşrlər, səsgücləndirən aparatlar və analizatorlar verilir, habelə tibbi, sosial, əmək və peşə bərpası sahəsində xidmətlər göstərilir.  Dəyişikliyə görə sosial durumu yaxşı olmayan əlilliyi olan şəxslərə daha çox müavinət ödəniləcək. Sosial durumu yaxşı olan  əlillərə isə müavinət verilməyəcək. Yəni əgər bir əlilliyi olan şəxsi maddi imkanı yüksəkdirsə o zaman bu imkanlardan yararlana bilməyəcək. Ancaq bu o demək deyil ki,  haqqı olan əlillik pensiyasını almayacaq.

Qanun işlənilsin qəbul olunsu görək bu dəyişiklik hansı effekti verecek. Ümid edir və inanırıq ki,  nə olursa yaxşılığa doğru olur.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Please wait...

Yeni bloq yazılarımıza abunə olun

E-mail ünvanınızı daxil edin və sosial yönümlü bloq yazılarımıza abunə olun. Fikirinizi bildirməkdən çəkinməyin. Sizin fikirləriniz, yanaşmanız bizim üçün qiymətlidir. Təşəkkürlər!!!
Skip to toolbar